Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Fyodor Dostoyevski. Seçilmiş əsərləri II cild
16 Mart , 2015

Dahi rus yazıçısı Dostoyevskinin 1860-1870-ci illərdə yaratdığı məşhur “Cinayət və cəza”, “İdiot”, “Şeytanlar”, “Yeniyetmə” və “Karamazov qardaşları” fəlsəfi romanlarında Yer kürəsinin bütün iniltiləri, dərddən ağlını itirmiş adamların sayıqlamaları öz əksini tapmışdır...
Ana xəttini insanın daxili ziddiyətləri təşkil edən həmin romanlar arasında “İdiot” ən lirik əsərdir.
Böyük humanist yazıçı daim cəhd etdiyi roman-poemanı burada daha artıq uğurla yarada bilmişdir. Ölməz sənətkarın məşhur “Dünyanı gözəllik xilas edəcək” kəlamı romanda bütün gerçək əzəmətiylə səslənir.

Müəllif: Fyodor Mixayloviç Dostoyevski
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2009
ISBN: 978-9952-448-60-3
Səhifə: 744 səh.
Format: 60x90 1/16 (150x210 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə