Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Herman Hess
16 Mart , 2015

XX əsr alman ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Nobel mükafatı laureatı Herman Hesse (1877-1962) ədəbiyyata “Romantik nəğmələr” (1899) adlı şeir kitabıyla gəlsə də, bir yazıçı kimi “Peter Kamenrsind” (1904) romanından sonra məşhurlaşıb. Hesse “Knulp” (1915), “Yalquzaq” (1927), “Muncuq oyunu” (1943) və s. əsərlərində, əslində, bir sualın cavabını axtarır: insanın insandan, cəmiyyətdən, təbiətdən, hətta öz xislətindən ayrı düşməsinə, özgələşməsinə səbəb nədir? Almaniyada faşizmin hakimiyyətə gəlişi ərəfəsində etiraz əlaməti olaraq vətənini tərk edib İsveçrəyə sığınan, keşməkeşli həyat yaşayan yazıçı bütün yaradıcılığını özünün mənəvi inkişaf yolunun təsvirinə gecikmiş cəhd hesab edirdi. Bu kitabda Herman Hessenin “Yalquzaq” romanı, “Knulp” povesti, hekayə, nağıl və esseləri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.

Müəllif: Herman Hesse
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2010
ISBN: 978-9952-448-63-4
Səhifə: 536 səh.
Format: 60x90 1/16 (140x210 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə