Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Rabindranat Taqor
16 Mart , 2015


Böyük hind yazıçısı və şairi, ictimai xadimi Rabindranat Taqorun (1861-1941) yaradıcılığı hind və benqal ədəbiyyatının, musiqisinin formalaşmasında, hind ictimai şüurunun inkişafında əhəmiyyətli rol oynamışdır. 1891-1892-ci illərdə yazdığı “Fəlakət” romanı ilə benqal ədəbiyyatında ictimai-psixoloji roman janrının əsasını qoyan Taqor daha sonra yazdığı “Gitancali” (1914), “Ev və dünya” (1916) romanları ilə ədəbiyyatda əsl lirizm və naturalizm nümunələri yaratmışdır. Yaradıcılıqla yanaşı, həyatını həm də irqi ayrı-seçkiliklə, imperializmlə mübarizəyə həsr edən Robindranat Taqor ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş avropalı olmayan ilk yazıçıdır. Bu kitabda Rabindranat Taqorun “Ev və dünya” və “Fəlakət” romanları, mənsur şeirləri və hekayələri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.


Müəllif: Rabindranat Taqor
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2011
ISBN: 978-9952-34-290-1
Səhifə: 928 səh.
Format: 60x90 1/16 (130x220 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə