Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Çingiz Aytmatov
16 Mart , 2015
Müasir dünyanın görkəmli söz ustalarından biri, məşhur qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli köklərə malik olduğu kimi, həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Yazıçının “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”ndə “Gün var, əsrə bərabər” romanı ilə yanaşı, “Əlvida, Gülsarı”, “Cəmilə”, “Ağ liman” povestləri də yer almışdır. Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.