Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Somerset Moem
16 Mart , 2015

Yaradıcılığa erkən yaşlarından başlayan ingilis nasiri, dramaturqu, esseisti və ədəbi tənqidçisi Uilyam Somerset Moem (1874-1965) diplomat ailəsində doğulmasına, tibb təhsili almasına baxmayaraq, 1897-ci ildə dərc olunan “Lambetli Liza”, adlı ilk kitabıyla özünə yazıçı taleyi seçmiş və dünya ədəbiyyatına “Ledi Frederik” (1907), “Sadiq arvad” (1927), “Teatr” (1937) və s. kimi qiymətli incilər bəxş etmişdir. Aydın dil, maraqlı süjet seçimi, yaratdığı obrazların reallığı-Moem yaradıcılığına xas olan cəhətlərdir. Bu kitabda S. Moemin “Teatr” romanı, “Sadiq arvad”, “Ledi Frederik” pyesləri, eləcə də “Tüksüz Meksikalı”, “Məqsədli izdivac”, “Luiza” və “Meyhyu” novellaları Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.

Müəllif: Somerset Moem
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2010
ISBN: 978-9952-448-72-6
Səhifə: 480 səh.
Format: 60x90 1/16 (140x210 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə