Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Con Maksvel Kutzee
16 Mart , 2015

Con Maksvel Kutzeenin tez-tez yaradıcılığında müraciət etdiyi məzlum-zalım, valideyn-övlad münasibətləri, insanın mənəvi və ya fiziki təzyiq qarşısında məhvi, ata-ananın övladını faciələrdən qoruya bilməməsi, insanın həyat qarşısında acizliyi mövzuları xüsusi yer tutur. Belə əsərlərin sehrinə düşən oxucu dərindən sarsılır, heyrətlənməyə bilmir.

Yazıçının “Seçilmiş əsərləri”ndə toplanan “Maykl K.-nın həyatı və zəmanəsi”, “Rüsvayçılıq”, “Barbarları gözləyərkən”, “Gənclik” romanları “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən nəşr olunaraq oxucuların istifadəsinə verilmişdir.