Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Xulio Kortasar
16 Mart , 2015

Argentina yazıçısı Xulio Kortasar (1914-1984) XX əsr dünya ədəbiyyatında magik realizmin nümayəndələrindən biri hesab olunur. Ədəbiyyata 1946-cı ildə yazdığı “zəbt olunmuş ev” hekayəsi ilə gələn yazıçı daha sonar “Uduşlar” (1960), “Xana-xana oyunu” (1963), “Manuelin kitabı” (1973) kimi intellectual romanlar yaratmışdır. Borxesi öz ustadı adlandıran Kortasar yaradıcılığı haqında belə deyirdi: “…mənim öz obrazlarım, məcazlarım, simvollarım var; onların strukturu, nəticə etibarilə, poema strukturuna bənzəyir”. Bu kitabda Xulio Kortasarın “Xana-xana oyunu” romanı, “Menadlar”, “Parkların aramsızlığı” və “Bizi təörpədən şey” hekayələri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.

Müəllif: Xulio Kortasar

Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2010
ISBN: 978-9952-34-259-8
Səhifə: 592 səh.
Format: 60x90 1/16 (140x210 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə