Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Stiven Kinq
16 Mart , 2015


Çağdaş dünya ədəbiyyatının populyar imzalarından biri olan Stiven Edvin Kinq 1947-ci ildə ABŞ-ın Men ştatında doğulub. On səkkiz hekayədən ibarət ilk kitabı on altı yaşında nəşr edilən Kinq bir-birinin ardınca yazdığı “Parıltı” (1977), “Qarşıdurma” (197, “Ölü zona” (1979) və s. əsərlərindən sonar məşhurlaşaraq, naşirlərin və oxucuların diqqətini çəkən peşəkar yazıçı kimi qəbul olunub. “Şouşenkdən qaçış” (1994), “Yaşıl mil” (1996) romanlarına çəkilən filmlərdən 40 milyon dollar qazanan, ABŞ ədəbiyyat sahəsində ən nüfuzlu mükafata layiq görülən Stiven Kinq bu gün dünya oxucusunun və tamaşaçısının maraqla izlədiyi qələm sahibidir. Bu kitabda S. Kinqin “Ölü zona” romanı, 8 hekayəsi Azərbaycan oxucusunun ixtiyarına verilmişdir. 


Müəllif: Stiven Kinq
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2010
ISBN: 978-9952-448-71-9
Səhifə: 584 səh.
Format: 60x90 1/16 (140x210 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə