Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Uilyam Qoldinq
17 Mart , 2015

İngilis yazıçısı Uilyam Qoldinq (1911-1993) ədəbiyyata 1934-cü ildə kiçik şeirlər kitabıyla gəlsə də, onun bu ilk addımı, demək olar ki, uğursuz alınmış, iyirmilik fasilədən sonra isə "Milçəklər kralı" romanı ilə dünya şöhrəti qazanmışdır. Onun yaradıcılığında "roman-pritça" janrını ən yüksək zirvəyə qaldıran Qoldinq dünya ədəbiyyatına "Varislər" (1955), "Oğru Martin" (1956), "Sərbəstdüşmə" (1959), "Şpil" (1964), "Piramida" (1967) və s. kimi dəyərli əsərlər bəxş etmişdir. 1983-cü ildə Nobel mükafatına layiq görülən yazıçı 72 yaşından sonra da yaradıcılıqla intensiv məşğul olmuş, "Kağız adamlar" (1984), "Rombun dörddəikisi" (1987), "Aşağıdan alov" (1989) romanlarını qələmə almışdır. Bu kitabda Uilyam Qoldinqin "Milçəklər kralı" və "Varislər" romanları Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.

Müəllif: Uilyam Qoldinq
Dil: Azərbaycan
Nəşriyyat: "Şərq-Qərb"
Nəşr ili: 2010
ISBN: 978-9952-34-278-9
Səhifə: 472 səh.
Format: 60x90 1/16 (130x210 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə