Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Lion Feyxtvanger
17 Mart , 2015

Yaradıcılığa 1923-cü ildə nəşr etdirdiyi "Eybəcər hersoq arvadı" adlı romanı ilə başlayan Lion Feyxtvanger (1884-195 sonrakı illərdə yazdığı "Lautenzak qardaşları"(1943), "Tülkülər üzümlükdə" (1947-194, "Qoyya" (1951), "Qəribə adamın müdrikliyi" (1953) əsərləri ilə XX əsr dünya ədəbiyyatına ən tərəqqipərvər alman yazıçısı kimi daxil olmuşdur. Əsərlərində faşist Almaniyasını, ümumiyyətlə, diktatura rejimlərini ifşa edən və buna görə hitlerçilər tərəfindən həbs düşərgəsinə salınan, lakin düşətgədən qaçmağa nail olan yazıçı, demək olar ki, bütün yaradıcılığını bəşəriyyətin humanist ənənələrinin və bu ənənələr uğrunda mübarizənin tərənnümünə həsr etmişdir. Bu kitabda Lion Feyxtvangerin 2 romanı- "Qəribə adamın müdrikliyi, yaxud Jan-Jak Russonun ölümü və ölməzliyi", "Lautenzak qardaşları" və 6 hekayəsi Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.

Dil: Azərbaycan
Nəşriyyat: "Şərq-Qərb"
Nəşr ili: 2010
ISBN: 978-9952-34-274-1
Səhifə: 808 səh.
Format: 60x90 1/16 (140x210 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə