Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Aqata Kristi
17 Mart , 2015

İngilis yazıçısı, bənzərsiz detektiv ustası Aqata Kristinin “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”nə “Şərq ekspressi”ndə qətl”, “Beş donuz balası”, “Rocer Ekroydun qətli” romanları və müxtəlif hekayələri daxil edilmişdir.
Aqata Kristinin bütün romanları şahmat oyununu xatırladır: buradakı tapmacalar stereotip fiqurların – gənc qızların, istefada olan hərbçilərin, ailə dostlarının, kübar cəmiyyətin əhlikef gözəlçələrinin, bədxərcliyə və yaramazlığa meyilli olan cavan oğlanların köməyi ilə açılır.
Detektiv janrının məhdud imkanlarından maksimal dərəcədə istifadə edən Aqata Kristinin yaradıcılığı oxucu kütləsinin hər zaman fantastik marağına səbəb olur.
Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Müəllif: Aqata Kristi
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2010
ISBN: -
Səhifə: 720 səh.
Format: 60x90 1/16 (130x210 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə