Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab və mütaliə
Bu günün kitabxanaçıları necə olmalı?
14 Aprel , 2015

Bu günün kitabxanaçıları necə olmalı?
Kitabxanaçının qarşısında duran ən ümdə vasitələrdən biri insanlara sevgi, öz işini mükəmməl bilən pedaqoji ustalığa malik olan və öz işində novator olmağı bacarandır. Kitabxanalarda bu deviz altında hərəkat mütləq olmalıdır: “hər oxucuya öz kitabı” - “hər kitaba öz oxucusu”.

Kitabxanaçıdan həmişə öz üzərində işləmək tələb olunur. İnsanlara sevgi kitabxanaçını qayğıkeş, diqqətcil, ünsiyyətcil və mərhəmətli edir. Məhz burada kitabxanaçı sənətinin böyük insansevərliyi-humanizmi üzə çıxır .Əgər kitabxanaçı oxucuya laqeyddirsə, onunla ünsiyyətdə aqressivdirsə, hövsələsizdirsə bu o deməkdir ki, sənət düzgün seçilməyib. Əsl kitabxanaçı oxucunun gəlməyini gözləmir özü ona gedir. N.K. Kurpskaya yazırdı: “Hər bir kitabxanaçının qayğısı artıq kitabxanaya gələn, kitabxananın yolunu tanıyan oxucu yox, kitabxanaya gəlməyən və onu ziyarət etməyən oxucuları kitabxanaya cəlb etməkdir”.

Oxu zalının kitabxanaçısının qarşısından gün ərzində böyük oxucu kütləsi keçir. Onların da hər birinin öz sualı, sevimli kitabları, sevimli müəllifləri özünün qavrama sistemi var. Kitabxanaçı isə tez reaksiya qabiliyyətinə malik olmalı, kitab seçimində oxucuya köməyi bacarmalıdır.

Beləliklə bugünkü kitabxanaçı ideoloji sərhəddin işçisi, məlumat
ötürən, pedaqoq, sosioloq, psixoloq, bilici və təhsilli mütəxəssisdir. Uşaq kitabxanaçısı lazımı dərəcədə pedaqoji taktikaya malik olmalı uşaq kitabını nöqtə vergülünə qədər bilməli və onun tərbiyəvi imkanlarını dəyərləndirməli, yaş psixologiyasından baş çıxarmalı, gündəlik ünsiyyətdə uşaqlarla xəbər mənbələrindən istifadə etməyi bacarmalıdır. Təbii olaraq belə kitabxanaçıya məktəb şagirdlərinin və valideynlərin birinci köməkçisidir. Məhz buna görə onun professional bilik sistemində məktəb pedaqogikası və inkişaf edən yeni nəslin ailə tərbiyəsi xüsusi yer tutmalıdır.

Kitabxanaçıda xüsusi spesifik psixoloji cizgilər, məxsusi aktiv yaddaş, obrazlı və məntiqi düşüncə tərzi, diqqət, zəngin təxəyyül, səbir, dözüm, taktika hissi, nəzakət, gözəgəlimlilik və dinləmə qabiliyyəti olmalıdır. Kitabxanaçı insanların maariflənməsi üçün əlindən gələni əsirgəməyən bir adamdır. Onun işi oxuculara kitab təqdim etməklə yekunlaşmır. İxtisasından asılı olmayaraq, hər kəs öz sənətində peşəkar olmalıdır. Kitabxanaçı oxucuların rəyini nəzərə alaraq, onların məlumatlarının genişlənməsinə kömək edən şəxsdir. Kitabxanaçıların çoxu yüksək biliyə sahib olmadıqları üçün işlərini layiqincə yerinə yetirmirlər. 
Kitabxanaçılıq mühüm vəzifədir. Çünki kitabların içində hər şeyi əldə etmək mümkündür.. Kitabxanaçı çox yüksək biliyə sahib olmalıdır. 

Yalnız kitabların hamısından qısa da olsa məlumatlı şəxs yaxşı kitabxanaçı ola bilər. 

Kitabxanaçı insanların maariflənməsi üçün əlindən gələni əsirgəməyən bir adamdır. Onun işi oxuculara kitab təqdim etməklə yekunlaşmır. 

Kitabxanaçı oxucuların rəyini nəzərə alaraq, onların məlumatlarının genişlənməsinə kömək edən şəxsdir. 

Bu günün kitabxanaçısının qarşısında oxuculara xidmət etikasının mühüm tələblərinə əməl etmək kimi bir vəzifə durur. Oxucunun mənəvi tələbatının tam dolğun, rahat və etik normalar çərçivəsində ödənilməsi kitabxanaçının böyük məharəti, pedaqoji ustalığı kimi qiymətləndirilməlidir. Məhz bu cəhətdən öz fəaliyyətində etik normalara ciddi əməl edən kitabxanaçı əməyi yüksək hörmətə və qiymətə layiq görülür.

Kitabxanaçı əməyinin intellektual məzmunu, xeyirxahlıq xarakteri professor A.Xələfovun fikirlərində də öz əksini tapmışdır. O, yazır: “Kitabxanaçı elə əsaslı keyfiyyətlərə malik olmalıdır ki, kitabxananın başqa elementləri ilə mürəkkəb, qarşılıqlı köməyi sayəsində oxucu ilə dinamik canlı əlaqələr yaratsın, kitabxananın fasiləsiz fəaliyyət göstərməsini təmin etsin…”. 

Son illər elektron kitabxanalar informasiya ehtiyatlarını daha çox multimedia sənədləri əsasında komplektləşdirməyə üstünlük verirlər.

Bu günün kitabxanaçısı multimedia fondunu yaxşı bilən və informasiya tələbatçısı olan oxucuya informasiyanı düzgün qaydada ötürəndir.