Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab və mütaliə
Uşaq ədəbiyyatı
21 Aprel , 2015

Dünya uşaq ədəbiyyatı özündə güclü ideya-istetik və mənəvi yük daşıyır. Dünya uşaq ədəbiyyatının ən yaxşı nümunələrin – milli mədəniyətimizin hüdudlarından çıxaraq ümumbəşəri maraqları və yüksək humanistik fikirləri ifadə edir, İnsanları birləşdirən ideyaların yayılmasına rəvac verirlər. Dünya uşaq ədəbiyyatı bir qayda olaraq yalnız maraqlı süjetləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətlər daşımaları ilə səciyələnirlər. Bu, hərşeydən əvvəl dünya ədəbiyyatı klassiklərinin əsərləridir. 


Dünyanın müxtəlif guşələrində uşaqlar M.Servantesin "Lamançlı Don Kixot"unu, C.Sviftin "Quliverin səyahətini"ni, J.Vernin və F.Kuperin romanları, povest və poemalarını sevə-sevə oxuyurlar. Bilavasitə uşaqlar üçün yazılmış əsərlərə gəldikdə isə o, mənəvi mədəniyyətin ayrılmaz hissəsi kimi ilk növbədə söz sənəti olub bədii ədəbiyyata və şifahi xalq ədəbiyyatına xas olan keyfiyyətləri özündə birləşdirir. Digər tərəfdən isə o, gənc nəslə ünvanlandığından oxucuların yaş xüsusiyyətlərini və pedaqogikanın müəyyən müddəalarını nəzərə almalı olur. Dünya uşaq ədəbiyyatı oxucunu elm və həyatın müxtəlif cəhətləri barədə biliklərlə zənginləşdirir: 

Ata-babaların tarixi və məişəti, ölkənin coğrafiyası və s. haqqında biliklər verir. Bununla da, uşaqlar özlərini keçmiş nəsillərin varisləri və onların işlərinin davamçıları kimi dərk etməyə başlayır. Dünya uşaq ədəbiyyatı uşaqların qəlbində nəcib hisslər oyadan, mənzum və mənsur "əsərlərlə" işıqlandıran, onların gələcəyi haqqında gözəl və ümüdlü arzularına qanad verən bir ədəbiyyat sahəsidir. Dünya uşaq ədəbiyyatı uşaqları zəngin ədəbiyyat sahəsidir. Dünya uşaq ədəbiyyatı uşaqları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişinə dərindən bələd olmasını təmin edir.

Dünya uşaq ədəbiyyatı dünyanın yaratmış oldugu bütün maddi və mənəvi sərvətləri yeni nəslə öyrətməli, onları bu sərvətin əsl varisi kimi tərbiyə etməlidir.Dünya uşaq ədəbiyyatı – ədəbiyyatın tərkib hissəsi olub, məqsəd və vəzifələrinə görə 7-14 yaşına qədər müxtəlif oxucu qruplarının təlim və təhsilinə, tərbiyyəsinə yönəldilən bədii əsərlərə deyilir. Dünya uşaq ədəbiyyatı uşaqların yaş səviyyəsinə uygun üslubda yazılır. Onların yaş səviyyələri 7-14 -ə qədərdir.

Uşaqlar üçün əsər yazan hər bir yazıçı bu yaş səviyyəsini nəzərdən qaçirmamalıdır. Burada uşağın ictimai mühiti, inkişafı, zövqü, nitqi, bilik dairəsi də nəzərə alinmalıdır. Bununla belə, heç bir vaxt unutmamalıyıq ki, uşaqlar yaş etibarilə daim dəyişilir, onlar dövrdən- dövrə, nəsildən- nəslə dəyişilirlər. Kiçikyaşlı məktəblilərin (7-14 yaş) oxudugu bədii əsərlərin dili aydın və rəvan olmalıdır. Yıgcam süjetli nəsr əsərlərinin dilində də lirizmə üstünlük verilməlidir. Çünki yorucu əsərlər uşağı mətləbdən uzaqlaşdırar, məzmun yaddan çıxar. 

Dünya uşaq ədəbiyyatı Şərq ədəbiyyatından qədim hind abidəsi "Kəlilə və Dimnə", ərəb xalqlarının əfsanələri ilə zəngin olan "Min bir gecə", bir çox şərq xalqlarının uşaq ədəbiyyatı nümunələri toplanmış "Oxuyan piyalə" kitabı, ümumiyyətlə, Şərq aləmi, Şərq psixologiyası, Şərq mədəniyyəti haqqında geniş və zəngin bilik əldə etməyə imkan verir. Həmçinin Qərb ədəbiyyatının ən nadir nümunələri- Qrimm qardaşlarının nagılları, andersenin nağıl və hekayələri, C.Sviftin "Qulliverin səyahəti", M.Tvenin, J.Vernin, M.Ridin, C.Dikkensin, C.Rodari və digər görkəmli sənətkar və yazıçıların əsərlərinin oxu imkanlarını xeyli artırmışdır. Dünya uşaq ədəbiyyatı ilə tanışlıq bütün dünya uşaqlarının milliyətindən asılı olmayaraq mənəvi yaxınlaşmasına xidmət edir.