Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab və mütaliə
“Kitabxanalar xalqın milli sərvətidir”.
22 Aprel , 2015


“Kitabxanalar xalqın milli sərvətidir”. Böyük öndər Heydər Əliyevin bu sözləri xalqın tarixi yaddaşını yaşadan mədəni intihablarda, dünyagörüşündə əvəsiz rol oynayan kitab və bu dəyəri əsrlərdən əsrlərə daşıyan mədəniyyət ocaqlarına- kitabxanalara verilən ən yüksək qiymətdir.
Ölkəmiz qədim dövrlərdən başlayaraq, öz yüksək kitab mədəniyyəti ilə seçilib, zəngin kitabxanları ilə tanınıb. Xalqımızın yaratdığı qiymətli tarixi- mədəni, ədəbii –bədii və elmi –fəlsəfi irsin toplanıb saxlanmasında, bəşər mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən- nəsilə çatdırılmasında və cəmiyyətimizi intlektual- mənəvi potensalının artılmasında kitabxanalarımız əvəzsiz rol oynayır.
Bu mədəniyyət ocaqlarında çalışan, ömrünü kitaba həsr edən zəhmətsevər insanlar böyük hörmətə layiqdir. Təsadüfi deyil ki, dövlətimiz də kitabxana işinə kitabxanaçıların fədakar əməyinə qayğı ilə yanaşır . Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra ötən 20 ildə ölkə həyatının , o cümlədən mədəniyyətin bütün sahələri kimi kitabxana işi də mühüm inkişaf dövrü keçib.
Ümummili lider Heydər Əliyev bu sahəni mədəni həyatını prioritet istiqaməti kimi hər zaman diqqət mərkəzində saxlayıb . Ulu öndər 1995-ci ildə respublikada kitabxananın işinin inkişafını ətraflı şəkildə təhlil etmək barədə Nazirlər Kabinetində tapşırıq verdi. Bu göstərişə əsasən 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin respublika müşavirəsi keçirildi, kitabxana işinin inkişafının yeni istiamətlər və vəzifələri müyyənləşdirildi “ Azərbaycan Respublikasında kitabxan işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında “ 1996-cı il 27 İyul tarixli qərar qəbul edildi.
1998-cı il dekabrın 29 –da Milli Məcllis “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etdi. Sənəd kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxana işi sahəsində beynalxaq əməkdaşlığın prinsiplərini müəyyən edir Qanun kitabxana və kitabların mili sərvəti olduğu, onların mühafizə olunub gələcək nəsillərə çatdırılması, iş proseslərinin avtomatlaşdırılması, qiymətli nəşrlərin elektron daşıyıcılarına köçürülməsi, informasiya sisteminə qoşulması ön plana çəkilib. Qanunun təbiqi ilə bağlı Azərbaycan Respublikasının Prezdentinin fərmanı kitabxana işi sahəsində yeni fəaliyyət istiqamətində zəmin yaratdı.

Prezdent İlham Əliyevin Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında 20 aprel 2007 ci il tarixi sərancamı respublikada kitabxana işi sahəsində yeni səhifə açdı. Sərəncamda müasir Azərbaycan cəmiyyətinin informasiya təminatının həyata keçirilməsində ölkə kitabxanalarınının mühüm yer tutduğu vurğulanır, bu sahədə informasiya cəmiyyətini tələblərinə uyğun olaraq müasir texnalogiyaların tətbiqinin zəruriliyi vurğulanır. Ölkə Prezidentinin 6 Oktyabr 2008-2013 –cü illərdə inkşaf üzrə Dövlət Proqramı sahənin uzunmüddətli inkişaf strategiyasını və geniş tədbirlər müəyyən etdi. Azərbaycan Respublikasında kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, elmi- mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanında daxil olmasının təmin edilməsini ön görür. 
Qəbul olunan qərarlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanların inkişafına ciddi təkan verdi.