Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab və mütaliə
Kitab və körpə
8 İyun , 2015

Uşaqlar kitablarla məktəb yaşlarından başlayaraq deyil, hələ körpə çağlarından etibarən tanış olmadırlar.Çünki, kitablar uşaqların inkişafına, onun zehninin inkişaına, dünyagörüşünün artmasına va s.-yə səbəb olaraq müsbət va lazımlı təsir göstərirlər. Məktəb yaşına qədər olan uşaqlara əsasən şakilləri çox, yaziları isə az olan kitablar almaq lazimdir.
1-2 yaş arasi uşaqlara əsasən dözümlü cildlə cildlənmiş kitablar almaq məsləhətdir. Çünki, bu yaş aralığında olan uşaqlar bəzən kitabların şakillərina baxmaqla kifayətlənməyib, onu cirada bilirlər.
Həmin kitablarda bir-birini təkrar edən şəkillərin olmasi uşaqlarda artiq əvvəlki səhifələrdə öyrəndiyi əşya və ya canlının adını ikinci dəfə özünün sərbəst adini çəkməyə həvəs yaradır.Həmin şəkillərin mümkün qədər onların gündəlik elədikləri işlərə bağlı olmağıi daha məsləhətlidir. Məsələn, yemək yemək, çimmək, kitab oxumaq, gəzmək,yatmaq və s.

2-3 yaş arasi uşaqlara isa cildi o qədərdə möhkəm olan kitablar lazim deyil. Çünki, onlar artıq kitab cırmaq vərdişlərini bu aylarında tərgidirlər. Valideyn körpənin hansi əşya ila daha çox maraqlandiğina fikir verməli,kitabları da ona uyğun almalidir. Belə olduqda,uşaqda kitaba qarşı həvəs daha yüksək olur. Hətda bu yaşda olan uşaqlar tanıdıqları adamların şəkillərinə əa hamçinin öz şəklinə baxmaqdan xüsusi həzz alirlar.
Ümumiyyətlə, məktəbəqərki yaş dövründə uşaqlara yazılı kitab almaq məsləhət deyil. Alınsada bir-birini təkrar edən sözlər olan kitablar almaq məsləhətdir.
Uşağınız kitab oxuyarkən siza fikir vermirsə, onda bir az sonra yenə oxumağa cəhd edin. Gündə 40-50 dəqiqə uşaqlara kitab oxumaq, onların inkişafı üçün cox vacibdir.

3-6 yaş arasi uşaqlara artıq şəkillərlə bərabər nağıllaıi olan kitablar oxumaq lazimdir. Bəzən uşaqlar ananin ona oxuduğu hər hansi cümlə və ya söz birləşməsini təkrar edirlər. Bu onlarda söz ehtiyatının getdikcə zənginləşdiyini göstərir. Getdikcə kitab oxuma saatini artirmaq lazimdir. Məsələn, əvvələr yarım saatla kifayatlanirdinizsa, bir neçə vaxtdan sonra bu vaxtı bir saata kimi qaldirmaq olar.
Bəzi uşaqlar onlari qucağınıza alib kitab oxumağinizi xoşlaya bilərlər. Belə olduqda onlar şəkilləri daha yaxından görür və fikri toplanmiş olur.

Lazim gəldikdə uşagınızı həyətdə və ya parkda gəzdirdikdə belə, ona kitab oxumağa çalişin. Ola bilsin bu onun xoşuna gedər.Amma heç vaxt uşaq kitab oxumağinizi istəmədiyi halda ona qulaq asmağa məcbur etməyin. Bunun əvəzinə onun oyuncaları ilə də nağıl qura bilərsiniz. Bu onu daha da əyləndirər.Lazim gəldikə nagildaki qəhrəmanlarin səslərinə uyğun səsdə çıxara bilərsiz.

Uşaqlara kitabi yatmazdan əvvəl oxumaq məsləhətdir, çünki yatdiği zaman gün ərzində öyrəndikləri beynində daha yaxşi həkk olunur. Uşağınız kitabı ona kimin oxumağını istəyirsə, həmin adam da oxumalıdır. İstəsə eyni kitabı bir neçə dəfə oxuyun. Əks halda onun həvəsini öldürmüş olarsınız. Hətda bu yaş araliğinda olan uşaqlara mahnı da öyrətmək olar. Bu vaxt ona bəzi əl-qol hərəkətləri öyrətsəniz onun üçün daha maraqli olar.