Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab və mütaliə
Romanlarda ən yaxşı dostlar
30 İyun , 2015


Dr. Uatson – “Şerlok Holms”
Ən yaxın dostunuzdan nə gözləyirsiniz? Yəqin ki sizi diqqətlə və səbirlə dinləməyini. Şerlokun arxasında duran, onu dəstəkləyən və bəzən də dostuna görə ona yönələn istehzalı baxışlara dözən Uatson sadiq dost kimi siyahıda yer alır.

Sanço Panso – “Don Kixot”
Sanço yel dəyirmanlarını özünə düşmən bilən birinin dostu idi. Üstəlik, dostu ilə səyahət etmək üçün ailəsindən uzaqlaşır, Don Kixotu düşdüyü çətin vəziyyətlərdən çıxarır. 

Enkidu – “Gılqamış dastanı”
Endiku bizə göstərir ki, bir diktatoru bərk-bərk qucaqlayaraq onun imperiya üzərində qurduğu basqısını zəiflədə bilərsən! Endiku Gılqamış qəlbinə yenidən sevgi bəxş edir, onu yaxşı insana çevirməyə çalışır. Endikunun əsl dost olduğunu başa düşəndə Gılqamış sakitləşir və ikisi birləşərək şərlə savaşırlar.

Cim – “Heklberri Finnin macəraları”
Yaxşı dost xoşbəxt vaxtlarınızda yanınızda olduğu qədər pis gününüzdə yanınızdan ayrılmayan insandır. Cim də Hek və Toma olan sədaqətini həyatı bahasına qoruyan dostdur. O, yəqin ki hamının arzuladığı, ideal dost kriteriyalarına ən çox uyğun gələn qəhrəmandır.

Horasio – “Hamlet”
Horasio tamaşa boyu ancaq “Hamletin dostu” kimi təqdim olunur. Hamletin içəcəyi zəhəri özü içmək istəyir. Hamlet isə ona yaşayaraq Danimarkadakı işləri qaydasına salmağı tapşırır. Horasio da digər dostcanlı qəhrəmanlar kimi daima yoldaşına dəstək verib yanından ayrılmayanlardandır.

Həsən – “Çərpələng uçuran”
Əmirlə Həsənin dostluğu romanın ən təsirli hissələridir. Əmir ağa, Həsən isə qulluqçu övladı olur. Əmir özünü Həsəndən üstün görsə də, Həsənin onun üçün hər cür fədakarlıq etməyi xoşuna gəlir, digər tərəfdən onun sədaqətliliyinə əsəbiləşir. Həsən həyatı bahasına olsa da ağasına və dostu Əmirə sadiq qalır. 

Semuayz Gemci – “Üzüklərin hökmdarı”
Frodo: Bunu edə bilmərəm Sem.

Sem: Bilirəm. Səhv edirik. Qaydalara görə burda olmamalıyıq. Amma burdayıq. Böyük hekayələrdəki kimi, Frodo. Qaranlıq və təhlükələrlə dolu hekayələr. Bəzən hekayənin axırını bilmək istəmirsən. Çünki bu qədər pislikdən, şərdən sonra dünyanın əvvəlki halına qayıdacağına, xoşbəxt sonluğa inanmırsan. Amma hər şey keçib gedir, adi bir kölgəyə çevrilir. Qaranlığı da keçmək lazımdır… Yeni günün başlamağı üçün… İndi başa düşürəm. Hekayələrdə heç vaxt təslim olmayıb yoluna davam edənlər var, bax onlar həyatda nəyəsə çox inananlardır.

Frodo: Biz nəyə inanırıq, Sem? 
Sem: Bu dünyada yaxşılığın mövcudluğuna. Məncə, buna görə mübarizə aparmağa dəyər.