Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Ən çox oxunan kitablar
BƏXTİYAR VAHABZADƏ SEÇİLMİŞ ƏSƏRLƏR
7 Dekabr , 2016
Bəxtiyar Vahabzadə yaşayan, döyüşən, səfərbər edən və Vətən, xalq qarşısında öz tarixi vəzifəsini yerinə yetirən çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsidir. Elinə, torpağına, kökünə bağlılıq, təkrarsız, fərdi, milli çalar Bəxtiyar şerini artıq müasir poeziyamızın tarixi-bədii faktına və hadisəsinə çevrilibdir. O, poeziyamızı dövrün ağır sınaqlarında qoruyub saxlamağı bacaran, "öz sinəsində hər zərbəyə açıq, dərisi soyulmuş ürək gəzdirən" həqiqi milli şairdir. Əsrin şərq və dünya şeir prosesi məcrasında Azərbaycanı Bəxtiyar Vahabzadənin poetik söz dünyası ləyaqətlə təmsil edir. Oxuculara dəyərli hədiyyə olan bu kitabda xalq şairinin seçilmiş şeirləri toplanmışdır.