Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Ən çox oxunan kitablar
Elxan Elatlı "Cəhənnəmdən gələn səs"
11 Aprel , 2017

Azərbaycan ədəbiyyatında dedektiv janrında yazna yazıçılar içərisində Elxan Elatlı ən ön sıralarda yer alıb. Onun “Qan ləkəsi”, “Xəyanət”, “Qisas gecəsi”, “Cəhənnəmdən gələn səs”, “Bakıdan gələn xəfiyyə”, “Arxalı canavar” və s. romanları ədəbiyyatımızın tarixində qızıl hərflərlə yazılıb.

Danışmaq istədiyim “Cəhənnəmdən gələn səs romanıdır”. Gecənin bir yarısı Xocalıdan gələn qəfil zəng jurnalist çaşdırır. Bu illərdir əsirlikdə olan bir qadın idi. Onun zəngi barədə hüquq mühafizə orqanlarına xəbər verilir. Daha sonra kəşfiyyatçı kimi əsərin baş qəhrəmanı Qanbay Qasımlıya göstəriş verilir ki, həmin qadını tapsın. Əsərdə olduqca maraqlı, qaranlıq məqamlara aydınlıq gətirilib.

Deyərdim ki, vətənpərvərlik mövzusunda yazılmış əsərlər içərisində önəmli yer tutur. Qanbay çox məğrur, işini bilən, məsuliyyətli, ən əsası mərd insandır. O torpağına, vətəninə qanı, canı ilə bağlıdır. İnsanı dəhşətə gətirən, damarlarında qanını donduran isə erməni vəhşilikləridir. Həmin qadın da məhz bu vəhşiliklərin qurbanına çevrilir.

Xocalı faciəsi zamanı ermənilərin soydaşlarımızın başlarına gətirdiyi dəhşətləri oxumaq belə insana sözlə ifadə edilə bilməyəcək dəhşətlər yaşadır. Atanın gözləri qarşısında qızının namusuna toxunacaqlar deyə ata özünü öldürür ki, o dəhşəti görməsin. Bu vəhşiliklərin, insanlıqdan uzaq hərəkətlərin, murdarlıqların, dəhşətlərin bütün çılpaqlığı ilə əsərdə əks olunması çox təqdirəlayiqdir. Belə romanları oxumaq lazımdır ki, ibrət götürəsən, vətəninin, torpağının qədrini Qanbay kimi biləsən.