Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab abidələri
Haynrix Mann. Seçilmiş əsərləri
12 Mart , 2018
Müasir dünya ədəbiyyatı seriyasından olan Haynrix Mannın “Seçilmiş əsərləri”ndə oxuculara ona dünya şöhrəti qazandıran “Təbəə” və “Professor Qanmaz” romanları təqdim olunmuşdur.
“Yoxsullar” və “Baş” romanı da daxil olmaqla sonradan “İmperiya” trilogiyasına çevirilən “Təbəə” romanı müharibə öncəsi alman cəmiyyətinin müxtəlif təbəqələrinin həyatının bitkin ədəbi təcəssümü kimi qiymətləndirilir.
Yazıçının “Professor Qanmaz” romanı daha çox “Mavi mələk” adı ilə tanınmış, bu adla da ekranlaşdırılmışdır.
“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.