Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab abidələri
Frensis Skott Fitscerald. Seçilmiş əsərləri
24 Aprel , 2018

Frensis Skott Fitscerald 24 sentyabr 1896-cı ildə Minnesota ştatının Sent-Pol şəhərində inmkanlı katolik irland ailəsində dünyaya gəlmişdir. Hələ Priston Universitetində oxuyarkən o, universitet müsabiqələrinin qalibi olmuş hekayə və pyeslərini yazmış, bu illərdə musiqili komediya müəllifi olmaq arzusu ilə yaşamışdır. 
Frensis Skott Fitscerald ədəbiyyat aləmində tanınmaq üçün çoxlu hekayə və şeirlər çap etdirsə də, ilk cəhdləri uğursuz olur, onun əlyazmalarını geri qaytarırlar. Bir müddət valideynlərinin yanında qalan F. Skott çapından imtina edilmiş “Romantik eqoist” romanının əlyazmaları üzərində yenidən işləyir, bir çox dəyişikliklər edir. 26 mart 1920-ci ildə bu roman “Cənnətin bu tərəfində” adı ilə işıq üzü görərək ona şöhrət qazandırır. 
Frensis Skott Fitscerald bir çox əsərlərin “Böyük Getsbi” (1922-1924), “Gözəllər və lənətlənmişlər”, avtobioqrafik səciyyəli “Gecə zərifdir” və s. romanların, “Caz əsrinin hekayələri” adlı hekayələr toplusunun müəllifidir.

Kitaba müəllifin “Ağır sınaq”, “Bencamin Battonun qəribə əhvalatı”, “Buz sarayı”, “Dəvənin arxası”, “Ədabaz Martin-Cons və “Uels şahzadəsi”, “İsti və soyuq qan”, “Küləyə düşmüş ailə”, “Dəniz qulduru” və “Saxsı və çəhrayı” əsərləri daxil edilib.