Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Kitab abidələri
"Yevgeni Bertels. Böyük Azərbaycan şairi Nizami”
25 Aprel , 2018
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, şərqşünas alim, professor Yevgeni Bertels bu əsərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Əsər müəllifin nizamişünaslıq və mütəfəkkir şairin yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi qarşısında böyük xidməti hesab olunur.  Nəşrin "Ön söz”ünün müəllifi Xalq Yazıçısı Elçin, tərcümə edəni Z.Abdullayev, elmi redaktoru Məmməd Arif Dadaşzadədir.  "Təhsil” nəşriyyatında çap olunmuş kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.  Qeyd edək ki, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Yevgeni Bertels (1890-1957) Nəvai, Sədi, Cami, Nizami, Firdovsi və digər görkəmli şəxsiyyətlərin yaradıcılığını tədqiq edib.