Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Günəşin musiqi dəftəri” kitabı nəşr olunub
25 Aprel , 2018

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cavanşir Quliyevin “Günəşin musiqi dəftəri” kitabının nəşri başa çatdırılıb və musiqisevərlərin ixtiyarına verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, günəşlə bağlı 11 adda əsərin daxil edildiyi məcmuə uşaq musiqi məktəblərində yuxarı sinif şagirdlərinin tədrisi üçün nəzərdə tutulub. Əsərlərin audio variantı hazırlanaraq CD şəklində kitaba əlavə edilib.

“Prestij-N” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap olunan kitabı Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan uşaq musiqi məktəblərinə və kitabxanalara paylanılacaq.