Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS

Yeni kitablar
Anton Çexov
10 Mart , 2015

Dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı A.P.Çexov öz əsərlərində yaşadığı dövrün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirmişdir. Lev Tolstoy onu “nəsrin Puşkini” adlandırırdı. Ziyalıların xalq qarşısında məsuliyyəti mövzusu, xalq taleyinə etinasızlıq, meşşanlıq, qına çəkilmək kimi mənəvi eybəcərliklərin tənqidi, “obıvatel” mühitinin insani keyfiyyətləri və müsbət idealları puç etməsi Çexov yaradıcılığının leytmotividir. Hekayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqəti cəlb etmiş Çexov üçün bir novator yazıçı kimi təmkinli, lakonik təhkiyə üslubu xarakterikdir.  Təqdim olunan kitabda müəllifin yığcam bədii novellanın klassik nümunələri sayılan hekayələri toplanmışdır.

Müəllif: Anton Çexov

Dil: Azərbaycan

Nəşriyyat: “Şərq-Qərb”

Nəşr ili: 2009

İSBN: 978-9952-34-213-0

Səhifə- 456 səh

Format: 60x90 1/16 (150x210 мм) 

Cildi: bərk 

Tiraj: 1000 nüsxə