Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
8 Fevral , 2021

Xəzər rayon Gənclər və İdman İdarəsi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Təşkilatının birgə layihəsi çərçivəsində məktəblilər arasında 2 Fevral - Gənclər Gününə həsr edilmiş online bilik yarışması keçirilib.

İki turdan ibarət yarışmada suallar səsləndirilib və məktəblilər həmin sualları cavablandırıblar.

Yarışmada Nəzrin Nemət qızı Həmidova - I yer, İbrahim Yusif oğlu Sadıqov –II yer, Əli Möhsün oğlu Heydərzadə -III yer ,Nəzrin Qiyas qızı İbrahimova -IV yerə layiq görülüb.

Qalibləri ürəkdən təbrik edir, dərslərində müvəffəqiyyətlər arzulayırıq.