Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
7 Fevral , 2021
2010 - cu il iyulun 19 - da Azərbaycanda hamı - qocalar, cavanlar, uşaqlar Mübariz İbrahimovun misilsiz qəhrəmanlığı, igidliyi haqqında danışır. O, öz qəhrəmanlığı ilə göstərirdi ki, canını Vətən torpaqlarının yolunda hər an qurban verməyə hazır olan igidlərimiz hələ çoxdur.
Mübariz öz həyatını qurban verməklə Azərbaycana bir örnək göstərdi.
Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubun əlyazması çoxaldılaraq gənclər arasında sürətlə yayılmaqdadır.
"Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol - bol dua edin. Vətənin dar günündə artıq ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldi. Allaha ibadətlərini dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz... "Haqqınızı halal edin".
Halal olsun olduqca gözəl dəqiq sözlər yazıb. Allah rəhmət eləsin..