Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
28 Mart , 2015

Qorki nəqliyyatçı olan atasını 5 yaşında ikən itirir və anası yenidən ərə getdiyindən anadan olduğu Novqoroda qayıdır. 11 yaşında tamamilə yetim qalır, nənəsi və babası tərəfindən Həştərxanda böyüdülür. Nağılları ilə böyüdüyü nənəsinin onun formalaşmasında böyük təsiri vardır. Qorki yalnız bir neçə ay məktəbə gedə bilir. 8 yaşında işləməyə başlıyar, bunun sayədəsində Rusiyanın fəhlə sinfinin həyatı ilə yaxından tanış olar. Bir gəmidə qabyuyan işləyərkən oxumağa kitab marağı yaranar. İlk gənclik illərini Qazanda keçirən Qorki, dekabr 1887-ci ildə hətta intihara cəhd edir. Sonraki 5 il boyunca müxtəlif işlərdə çalışaraq, daha sonra yazılarında istifadə edəcəyi bir çox təəssüratı əldə etdiyi böyük Rusiya səyahətinə çıxar. Qorkiyə daha sonra əsərlərində görülən güclü təsvir onun kəskin bir müşahidəçi olduğunu göstərir.