Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
31 Mart , 2015


Kitabxanalar yazılmışları bir araya yığan, qoruyan, onlardan insanların faydalanmasını təşkil edən xalq evləridir. Bir çoxumuzun vazkeçilməz qiraət və istirahət yeri hesab etdiyimiz kitabxanalar barədə nə bilirik? 

Kitabxanalar xidmət formalarına görə milli kitabxanalar, ümumi və ya xalq kitabxanaları, uşaq kitabxanaları, məktəb kitabxanaları, universitet kitabxanaları, xüsusi kitabxanalar, şəhər kitabxanaları və səyyar kitabxanalar kimi növlərə ayrılırlar. 

Əsrlər boyunca yazılan və bu gün nəşr edilən milyonlarla kitab kitabxanalarımızı hər gün bir az zənginləşdirir. Lakin təəssüflə qeyd etməliyik ki, son vaxtlar bu sahədə kəmiyyət artsa da, keyfiyyət azalıb.

Kitabxana sözü fars və ərəb mənşəli iki sözün birləşməsindəndir. İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Assur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar Asurbanipal tərəfindən eramızdan əvvəl 625-ci ilə qurulan kitabxananın adı Ninova olub. Bu kitabxanalardakı kitablar üzəri şiş uclu alətlə uyazılmış gil lovhələr olub.

Misirdə eradan öncə yaradılmış İsgəndəriyyə kitabxanası isə dövrünün ən böyük kitabxanası idi. Bir çox tarixçilər hesab edir ki, İsgəndəriyyə kitabxanasının yanması bir çox tarixi faktların izini itirib. Orta əsr kitabxanaları isə təxminən 1000 kitabı olan kiçik monastr kitabxanaları idi.