Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
10 Yanvar , 2022
Aşıq Ələsgər 200 adlı yubiley tədbiri keçirilib.
Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım İctimai birliyininin birgə təşkilatçılığı ilə keçirilən tədbir Dədə Ələsgərin 200 illik yubileyinə həsr edilib.
Tədbirdə Dədə Ələsgər Ocağı İctimai birliyininin rəhbəri, həmçinin Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Azadə Novruzova, şairə Güllü Eldar Tomarlı, Abşeron Binə Peşə Liseyinin müəllim və şagird kollektivi iştirak edib.
Qeyd edilib ki, xalqımızın bütün milli-mənəvi dəyərləri, yazılı və şifahi abidələri kimi Aşıq Ələsgər yaradıcılığı da hər zaman Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Məhz Ulu Öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hələ sovet dövründə Aşıq Ələsgərin 150 illik yubileyi dövlət səviyyəsində ölkə və ittifaq miqyasında təntənəli şəkildə qeyd edilib, böyük söz ustadının əsərləri dəfələrlə nəşr edilib, qədim yurd yerimiz olan Göyçə mahalında isə Aşıq Ələsgərin abidəsi ucaldılıb. Aşıq sənətinə Ümummilli Lider Heydər Əliyev tərəfindən göstərilən diqqət, qayğı, zəngin ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir, onun sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd olunmuş, Heydər Əliyev Sarayında yubiley tədbiri keçirilmişdir. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq Məktəbi”i açılmışdır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın səyləri sayəsində aşıq sənəti 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Şagirdlər Aşıq Ələsgər yaradıcılığına müraciət edib, şeirlər səsləndirilib.
Çıxış edən Şamaxı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Səbinə Məmmədova Aşığın şeirini səsləndirib.
Tədbirin sonunda vurğulanıb ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdardır




Foto Qalereya