Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
15 Yanvar , 2022
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə noyabr-dekabr aylarında Baş İdarənin tabeliyində olan kitabxanaların məktəbli oxucuları arasında keçirilən tanınmış Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsində Fəxri Fərmana layiq görülmüş Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal oxucusu Səbinə Adıgözəlovaya diplomu təqdim olunub.
Müsabiqənin əsas məqsədi dahi şair Nizami Gəncəvinin ədəbi irsinin məktəblilər arasında təşviqi, uşaqlar arasında mütaliəyə marağın artırılması, mütaliə vərdişlərinin aşılanması, kitabxanalara ictimai marağın genişləndirilməsi, istedadlı uşaqların aşkar olunmasıdır.