Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Maraqlı faktlar
7 Aprel , 2015

İdmanın təbliği ilə ələqadar kitabxanaların qarşısında duran vəzifələrə dair metodiki tövsiyyələr 

İdman elə bir sahədir ki, idmançılarımız müxtəlif ölkələrdə yarışlarda iştirak edir, qələbələr qazanırlar və hər dəfə müstəqil Azərbaycan adını ucaldırlar. Müstəqil Azərbaycan himni çalınır , müstəqil Azərbaycan bayrağı qaldırılır və müstəqil Azərbaycan dünyanın müxtəlif ölkələrində tanınır. Demək olar ki, idman kimi Azərbaycanın müstəqilliyinin rəmizlərini nümayiş edirən ikinci bir vasitə 
Heydər Əliyev, 
ümummilli lider 

Sağlamlığın birinci yolu hər bir insanın öz orqanizmini fiziki cəhətdən inkişaf edirilməsi, bədən tərbiyəsi ilə daim məşğul olması və idmanı yüksək səviyyəyə qaldırmasıdır. Ona gör də biz idman haqqında danışarkən bunu böyük siyasi, milli problem kimi qəbul edirik , anlayırıq. Biz bu nöqteyi nəzərdən də idman qayğı göstəririk gə göstərəcəyik. 
Heydər Əliyev,
ümummilli lider 

İdman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Mən çox şadam ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri bizi ürəkdən sevindirir. Azərbaycan idman şöhrəti yüksək səviyyədədir. 
İlham Əliyev,
Azərbaycan Respublikasının prezidenti 

Biz idmançılarımızın Azərbaycanın idman şöhrətini yüksəklərdə saxlayacaqlarına, qoryacaqlarına, inanırdıq. Belə də oldu. Belə fikirləşmək üçün bizim bütün əsaslarımız var idi. Çünki Azərbaycan idman dövlətidir. Bunu həm biz deyirik, həm də beynalxaq idman qurumlarınının rəhbərləri etiraf edirlər. Azərbaycan idman çox sürətlə inkişaf edir. Azərbaycanda çox güclü idmançılar var, güclü məşqiçilər var. İdmançıların peşakarlığı yüksək səviyyədədir . Bizim idmançılarımız keçən dörd il ərzində müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında böyük uğurlar qazanmışlar, medallar qazanmışlar. Azərbaycanda çox güclü idman infrastrukturu yaradır. 
İlham Əliyev,
Azərbaycan Respublikasının prezidenti 


İdmanın təbliği, gənc nəslin sağlam gələcəyini təmin edilməsi məqsədilə kitabxanalarda kütləvi tədbirlərin müxtəlif formalarından istifadə edilir . Kitabxanalarda 5 mart Bədən Tərbiyəsi və İdman günü qeyd edilməli, bədən tərbiyəsi və idmanla bağlı müxtəlif səpkili tədbirlər təşkil olunmalıdır.

Əgər kitabxananın saytı varsa , ilk növbədə Azərbaycan idmanını təbliğ etmək məqsədilə saytda müxtəlif məlumat bazaları, video çarxlar, elektron nəşrlər, rayonun idman şərəfini yüksəldən qalib idmançılar haqqında materiallar, fotolar, müxtəlif təşviqat xarekterli slayd şoular yerləşdirmək məqsədəuyğun olardı.
Bu gün İKT –nin ictimai həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir dövrdə oxucularımızın diqqətini saytlarda yerləşdirilmiş elektiron kitabxanalar, məlumat bazaları, elektron resurslar daha çox cəlb edir. Odur ki, kitabxanalarda idmanla bağlı materiallar əks etdirən elektron məlumat bazası hazırlamaq məqsədə uyğun olardı. Belə məlumat bazası idmanla maraqlanan gənc və yeniyetmələr, idmançılar, məşqçilər, mütəxəssislər, ziyalılar və müxtəlif tipli oxucuların bu sahədə informasiyaya oaln təlabatının ödənilməsində müsbət rol oynayır.

Kitabxananın foyesində ümummili lider Heydər Əliyevin və dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycanda idman inkişafına və idmançılara göstərdikləri diqqət və qayğını , Olimpiya noyunlarında iştirak etmiş Azərbaycan idmançılarınının qələbəsini əks edirən fotostend və ya guşə yaratmaq və mütəmadi olaraq onu günün tələblərinə , yeniliklərinə uyğun olaraq yeniləmək məqsədəuyğun olardı.

İdman mövsuzunda həsr olumuş sərgi bir oyanış, çağırış, xarekteri daşımalı, maraqlı olmalı, bütün yenilikləri özündə əks etdirməli və kitabxananın elə bir yerində təşkil olumalıdır ki, oxucuların diqqətindən yayınmasın.

Bununla bağlı aşağıdakıları təşkil etmək olar:
“İdmanın tarixi” adlı söhbət,”Tanınmış idmançılar”,”İdman sağlamlığın rəhnidir”,”Bizə qələbə yaraşır” adlı sərgilər,”Sağlam olmaq istəyirsinizsə...”adlı mühazirələr keçirmək olar.