Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Ekologiya
7 Aprel , 2015


Yer kürəsində ekoloji vəziyyət həmişə eyni cür olmamışdır. Ayrı-ayrı zamanlarda ekoloji böhranlar baş vermişdir. Müasir biosfer üçün ciddi ekoloji böhranları əmələ gətirən antropogen faktordur, yəni əhalinin artımı və onun iqdisadiyyatıdır. Hər halda əhalinin çoxalması həyatı genişləndir. . Hal-hazırda dünya ictimaətini qlobal ekoloji problemlər daha çox narahat edir.

Bunlar,əsasən,iqlim dəyişmələri,ozon qatının seyrəlməsi,turşulu yağışlar,səhralaşma,bioloji müxtəlifliyin getdikcə azalması əhali artımının yüksək tempi və təbii ehtiyatların getdikcə tükənməsi problemləridir.Ətraf mühitin beynəlxalq hüquq normaları əsasən,indiki və gələcək nəsillər naminə yerin təbii sərvətlərinin davamlı istifadə olunmasının və qlobal ekologiyanın zərərli təsirlərdən mühafizəsinin effektiv idarə olunmasına yönəlmişdir.

Milli dövlətlər (xüsusilə iqtisadiyyatın keçid dövrünü yaşayanlar) ətraf təbii mühitin mühafizəsi sahəsində iqtisadi imkanlar və problemlərin miqyası baxımından beynəlxalq yardım olmadan bir çox ekoloji probləri müstəqil həll etmək imkanına malik deyildirlər.Bununla əlaqədar olaraq,son dövrlərdə bu sahədə bir sıra strukturlar və mexanizmlər yaradılmışdir.

Bu strukturların əsas məqsədi ölkələrin inkişafında,milli və bəşəri miqyasda ekoloji və sosial problemlərin həllində onlara yardım etməkdən ibarətdir.Belə struktur və mexanizmlərin fəaliyyətinin əsas faydası hər şeydən əvvəl bu ölkələrin qlobal və regional problemlərin həllinə cəlb olunmasından ibarətdir. Özünün statusu, missiyası, fəaliyyət dairəsindən asılı olaraq beynəlxalq təşkilatlar müxtəlif yardımlar etmək imkanlarına malikdirlər.Bunlar adətən maliyyə texniki,informasiya,məsləhət və.s yardımlardan ibarətdir.

Müasir dövrün iqtisadi inteqrasiya şəraitində bütün təhlükəsizlik növləri (hərbi,ekoloji,iqtisadi,sosial və.s) içərisində ekoloji təhlükəsizliyin təmin olunması problemi bu gün üçün aktual hesab edilir.Əlbəttə ekoloji problemlər ardıcıllığını hər hansı bir götürülmüş dövlət və region çərçivəsində həll etmək olar və lazımdır.Lakin yer kürəsinin əhalisinin ekoloji təhlükəsizliyi yalnız bütün cəmiyyətin birgə səyi nəticəsində təmin oluna bilər.

Bundan ötrü planetin ekoloji böhran problemi bircə vahid anlayış tələb olunur və problemin həll edilməsi üçün bütün dövlətlərin və xalqların birgə koordinasiya edilmiş fəaliyyəti gərəklidir.Ətraf təbii mühitin beynəlxalq hüquqi mühafizəsinin əsas obyekti kimi o,təbii obyektlər hesab edilir,onlar beynəlxalq hüquq subyektlərinə dair ekoloji münasibətlər əmələ gətirir