Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
8 Aprel , 2015

Ağdaban soyqırımı —-1992-ci il aprel ayının 8-də baş verən, tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri, Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısıKəlbəcəri ələ keçirmək üçün erməni seperatçılarının "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrım. Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınması!

 Soyqırımın nəticəsi

Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndı tamamilə erməni seperatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

Soyqırımın tarixi

1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaatı çaş –baş qaldı.

Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək- əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında imiş. HAŞİYƏ. Mə`lum olduğu kimi 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başladılar. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndərdilər. Bəli, Ağdaban kəndi mühasirəyə alınmışdı.

Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən 39 adam öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərildi. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrildi.

Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı.Xalqın iradəsiylə "Kəlbəcərin müdafiəsinə fövqəl`adə yardım komitəsi" yaradıldı.Camaatın qəti tələbi ilə bu komitəyə rəhbərlik etmək bu sətirləri yazana tapşırıldı.Komitə qısa müddət ərzində böyuk tədbirlər həyata keçirdı.Orduya kömək xeyli artırıldı.Əhalidə müdafiə olunacağına ümid yarandı.Rayon əhalisinin ciddi tə`kidi ilə Kəlbəcərə göndərilən polkovnik/indi general Zaur Rzayev briqada komandiri və hərbi komendant tə`yin edildi.Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirdi.

Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni Sərvətlərin qeyri-qanuni dövrüyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamışdır.

Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetrilmişdir.

 

1992 –ci ilin aprelin 7-dən 8-nə keçən gecə

 

TARİXİ ARAYIŞ

 

     

 

   
     

 

Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndı tamamilə erməni seperatçıları tərəfindən yandırılmış, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işkəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir.

 

AĞDABAN FACİƏSİ - tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri!
AĞDABAN FACİƏSİ - XOCALI, XATIN və SONQİMİ soyqrim siyasətinin dəhşətli təkrarı!
AĞDABAN FACİƏSİ - Azərbaycanın gözəl güşəsi Qarabağın qala qapısı KƏLBƏCƏRİ ələ keçirmək üçün erməni seperatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqrım.
AĞDABAN FACİƏSİ - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınması!
AĞDABAN FACİƏSİ - XX-ci əsrin ən qanlı terrorlarından biri – suçsuz qocaların, körpə və qadınların ən qəddarlıqla güllələnməsi, əsirlərin başının dərisinin soyulması, dırnaqlarının qoparılması, meyitlərin gözünün çıxarılması, qulaqlarının kəsilməsi...
AGDABAN FACİƏSİ – erməni seperatçıları tərəfindən tarixi,memarliq və mədəniyyət abidələrinin dağıdılması, müqəddəs ziyərətkah və qəbiristanlıqların təhqir və məhv edilməsi ...
AĞDABAN FACİƏSİ - erməni seperatcılarının, mədəni irsimizə qarşı törətdiyi vandalizm siyasətinin davamı kimi işğal etdiyi AĞDABAN kəndində klassik Azərbaycan şeirinin ustadı Aşıq Qurbanın özünün və oğlu Aşıq Şəmişirin əlyazmalarını yandırıb talan etmişdilər.
AĞDABAN FACİƏSİ - bəşər tarixinin silinməz qara səhifəsi, erməni seperatçılarının dünya ictimaiyyətinin gözü qabağında gerçəkləşdirdiyi etnik təmizləmə siyasətinin davamı!

 

KEÇMİŞİNİ UNUDAN GƏLƏCƏYİNİ QURA BİLMƏZ !!!
UNUTMA NƏTİCƏ ÇIXART !!!

 

Hər şeydən əvvəl onu demək lazımdır ki, 1992-ci il aprel ayının 8-də baş verən Ağdaban faciəsindən Respublika əhalisi lazımınca xəbərdar edilmədi. Baş verən qanlı hadisələr dünya ictimaiyyətinə çatdırılmadı. Faciənin səbəblərinin üstü ört-basdır edildi. Günahkar cəzalandırılmadı. Radio və telerviziya yalan mə`lumatlar yaydı.
Ağdaban faciəsinin baş verə biləcəyi qabaqcadan mə”lum idi. Erməni quldurları Capar kəndinə cəmləşib Ağdaban kəndinə hücuma hazırlaşırdılar. Capar kəndindən çıxan yeganə dar maşın yolunu bizimkilər əməlli-başlı minalamışdılar. Hətta Ağdabana edilən hücumdan bir neçə gün əvvəl kəndin naxırçıları meşədə iki nəfər tanıdıqları erməni tutmuşdular. Onlar xəbər vermişdilər ki, başqa yerlərdən (saqqalılar) gəlib Capara toplanmışlar və Ağdabana hüçum etməyi planlaşdırılar. Ağdabanlılar bu xəbəri rayona catdırdılar. Ermənilər cəsarət edib bizə hücum etməzlər cavabını aldılar.
1992-ci il aprel ayının 8- də səhərə yaxın erməni quldurları Ağdaban yalındakı gözətçi məntəqəsinə qalxıb, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da silahlarla nərilti qoparmağa başladılar. Qəfil yuxudan qalxan kənd camaatı çaş –baş qaldı.
Erməni qarətçiləri planlı surətdə hərəkət edirdilər. Məsələn evləri kimlər qarət edəcək, mal-qaranı kimlər aparacaq, əliyalın insanları kimlər əsir götürəcək, müqavimət göstərənləri kimlər qətlə yetirəcək- əvvəlcədən müəyyənləşdirilmişdi. Həmin adamlar da hücum edəcək döyüşçülərin arasında imiş.
HAŞİYƏ. Mə`lum olduğu kimi 1993-cü il mart ayının 27-də erməni fitnəkarları yenə də Kəlbəcərə hücumu Ağdabandan başladılar. Ermənilər Ağdaban kəndinə hücum edib, onu ikinci dəfə viranəyə döndərdilər.
Bəli, Ağdaban kəndi mühasirəyə alınmışdı.
Belə bir vəziyyətdə 1992-ci il aprel ayının 8-də Ağdərə rayonunun Capar kəndi istiqamətindən Dədə Şəmşrin kəndi Çayqovuşan və Ağdaban kəndlərinə erməni quzğunları hücum etdi. Erməni quldurları tərəfindən 39 adam öldürüldü, kənd evlərinin əksəriyyəti yandırıldı və qarət edildi. Aşıq Şəmşrin evi və zəngin arxivi od vurulub külə döndərildi. Ağdaban faciəsi Kəlbəcərin qəm dastanının ən kədərli səhifəsinə çevrildi.
Ağdaban qırğınının səhərisi-aprel ayının 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı.Xalqın iradəsiylə «Kəlbəcərin müdafiəsinə fövqəl`adə yardım komitəsi» yaradıldı.Camaatın qəti tələbi ilə bu komitəyə rəhbərlik etmək bu sətirləri yazana tapşırıldı.Komitə qısa müddət ərzində böyuk tədbirlər həyata keçirdı.Orduya kömək xeyli artırıldı.Əhalidə müdafiə olunacağına ümid yarandı.Rayon əhalisinin ciddi tə`kidi ilə Kəlbəcərə göndərilən polkovnik/indi general Zaur Rzayev briqada komandiri və hərbi komendant tə`yin edildi.Bu tədbirlər camaatın qırılmaqda olan inamını xeyli möhkəmləndirdi.

 

Ermənistan Respublikası “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni Sərvətlərin qeyri-qanuni dövrüyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamışdır.

 

Düz 15 il əvvəl Ermənistanın yeritdiyi işğalçılıq siyasətinin tərkib hissəsi kimi Azərbaycan xalqı və ümumilikdə bəşəriyyət ermənilərin azərbaycanlılara qarşı törətdiyi Ağdaban soyqrımı timsalında XX əsrin insanlığa qarşı ən qəddar, ən dəhşətli cinayətlərindən biri ilə üzləşdi. Ağdaban faciəsi öz mahiyyətinə görə tarixdə Xatın, Lidisa, Oradur və Xocalı soyqırımları ilə birgə xatırlanır.

 

Kənd əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qutarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetrilmişdir.
Soyqırım cinayətinin hüquqi məzmunu BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 nömrəli qətnaməsi ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” ilə müəyyən edilmişdir.Xocalı soyqırımı xarakter etibarı ilə beynəlxalq cinayət kateqoriyasına aiddir.Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq,Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Qabaqcadan xüsusi düzəldilmış pusqulardan qaşıb canını qurtarmaq istəyən Xocalı sakinlərinin avtomat,pulemyot və digər silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırımı niyyətini sübuta yetirir.
Beynəlxalq hüquq normalarına görə,soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı,həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyəmləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və cinayətkarların cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən,iştirakçı dövlətlər soyqrımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.

 


 

AĞDABAN SOYQIRIMI - AĞDABAN KƏNDİNDƏ SOYQIRIM - SÜLH VƏ BƏŞƏRİYYƏT ƏLEYHİNƏ CİNAYƏT KİMİ
(milli və beynəlxalq cinayət qanunveriçiliyinin təhlili)

 

Ağdaban façiəsi beynəlxalq soyqırım cinayəti kimi.

 

Soyqırım (yünan dilindən tərçümədə yevoç – soy, nəsil, caedo- öldürürəm mənasını verir) – hər hansı bir milli, etnik, irqi və ya dini qurupun tam və müəyyən hissəsinin məhv edilməsi məqsədilə törədilən hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir.

Bir qrup üzvlərinin öldürülməsi:
Onların sağlamlığına ağır zərər yetirilməsi:
Uşaqların doğulmasına zorakı əngəllər yaradılması:
Bir qurupa mənsub olan uşaqları zorla başqa qurupa keçirilməsi:
Zorla köçürmə:
Qurupun məhv olmasına yönələn həyat şəraitinin yaradılması:

 


Soyqırım cinayəti ilk dəfə 1948-ci ildə (“ Genosid cinayəti haqqında xəbərdarlıq və onun cəzalandırılması haqqında Konvensiya”) beynəlxalq hüquqi status almışdır. Soyqırıma yalnız beynəlxalq cinayət kimi baxılmır. Belə ki, Azərbaycan soyqırım cinayəti sülh və bəşəriyyət əleyhinə olan cinayətlərə aid edilir və onun törədilməsinə görə xüsusi cinayət məsuliyyəti nəzərdə tutulur. (CM maddə 103)
Soyqırımın əsas ictimai təhlükəliyi ondan ibarətdir ki, bu cinayətin törədilməsi nəticəsində ayrıca mədəniyyəti, adətləri,ənənələri və.s. yaşam tərzi milli, etnik,irqi, və ya dini insanlar qurup tamamilə və ya qismən öz mövcudluğunu itirə bilər. Bu isə insanlar birliyinin müxtəlifliyinin itirilməsinə və beynəlxalq nizamlama qanunauyğunlarının əsaslarının sarsılmasına gətirib çıxara bilər. BMT-nin Baş Məçlisinin 10 dekabr 1948-ci il qəbul etdiyi “Ümumdünya insan hüquqları” Bəyannaməsində qeyd olunur ki, hər bir insanın yaşamaq,azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır, heç kəs insan ləyaqətini alçaldan alçaldıcı və qeyri-insani cəza və işgəncələrə məruz qala bilməz, hər bir insan onun harada olmasından asılı olmayaraq hüquq sübyekti hesab olunur və bütün insanlar qanun qarşısında bərabərdilət və qanunlarla eyni dərəcədə müdafiə olunurlar.

 

Soyqırım- beynəlxalq hüququn qəbul edilmiş ümumi pirinsip və normalarının, habelə insan hüquq və azadlıqlarının kobud sürətdə pozulmasıdır.

Soyqırımın obyektiv cəhəti aşağıdakı hərəkətlərin birinin edilməsində ifadə oluna bilər:

 

milli, etnik, irqi və ya dini insan qrup üzvlərinin tam və ya qismən qətli:
milli, etnik, irqi, və ya dini insan qrupu üzvlərinin sağlamlığına ağır xəsarət yetirilməsi:
yuxarıda sadalanmış qrup üzvləri arasında doğumun məcburi kəsilməsi:
yuxarıda sadalanan quruplarda dünyaya gəlmiş uşaqların digər milli, etnik, irqi, və ya dini quruplara verilməsi: milli, etnik, irqi, və ya dini qrupun üzvlərinin fiziki mövcudluğunun məhvinə yönəlmiş yaşayış şəraiti yaradılması.
Subyektiv cəhətdən soyqırım birbaşa qəsdlə xarekterizə olunur. Çünki təqsirləndirilənin məqsədi qanunda göstərilmiş üsullarla müəyyən milli, etnik, irqi və dini qrupuin tam və ya qismən məhv edilməsi olur.

 

XX əsrin əsas soyqırım faktlarında biri Kəlbəcər rayonunu Ağdaban kəndində Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı göstərmək olar. 15 il əvvəl ermənilərin silahlı təçavüzü zamanı Ağdaban kəndinin bütün mülkü əhalisi faktiki olaraq vəhşiçəsinə qətlə yetrildi. Ağdabanda azərbaycanlıların bəşəriyyət tarixində kütləvi insan qırğınları sırasına bu qətli “Ağdaban faciəsi” adını aldı.
Ağdaban faciəsi – Azərbaycanın qədim kəndlərindən biri olan Ağdaban kəndinin əhalisinin erməni silahlı birləşmələri tərəfindən kütləvi qətli, Qarabağ münaqişəsinin ən qanlı faciəsi kimi tarixə düşdü. 1992-ci ilin aprel ayının 7-dən 8-nə keçən gecə erməni silahlı birləşmələri və indiki prezident Robert Köçəryanın rəhbərlik etdiyi sılahlı quldur dəstələriinin köməyi ilə Ağdaban kəndini işğal etdilər. Bunun nəticəsində qadınlar, qocalar və uşaqlar da daxil omaqla 50-dən artıq dinç sakin həlak oldu. 
Erməni silahlı birləşmələrinin Ağdabana hücumu Qarabağın qala qapısı Kəlbəcər rayonunu ələ keçirmək idi. 1988-ci ildən etibarən Ağdaban kəndi erməni silahlı birləşmələrinin mühasirəsi altında idi.

 

AĞDABAN SOYQIRIMI BEYNƏLXALQ CİNAYƏT KİMİ

 

“Soyqırım” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948- ci il tarixli 260 A (III) sayli qətnamə ilə qəbul etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:
-belə bir qrupun üzvlərinin qətlə yetirilməsi.
-belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetiriməsi.
-hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması.
-belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər.
-uşaqların zorakılıqla bir insan qrupunun digərinə verilməsi.
Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.
Bu obyektiv cizgi soyqırım cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir.Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur.Bu əməllər heç bir halda təsadüf və ya ehtiyyatsızlıq nəticəsində törədilə bilməz.Eyni zamanda,belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyil.Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur.Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir.Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.
Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:
-məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı.
-belə bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyətinin olması (mens rea).
-məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).
Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır.Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif oluna bilməz.
Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir.Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:
-niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır.Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onlarınqrupa mənsubluğudur.
-niyyət qrupunun məhv edilməsindən ibarət olmalıdır.Soyqırım bütöv bir insan qrupunun mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir.Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarakterizə olunur.Müvafiq olaraq,actus reus (qadağan edilmiş hərəkət) bir adamla məhdudlaşa bilər lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır.
-niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır.
-niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.
Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail ounma tələb edilmir.
Bunun üçün etnik qrupun tamailə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.
Soyqırımın obyektiv tərəfi olan “məhv etmək” anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.
BMT-nin beynəlxalq məhkəməsi “Barselona Traction” işi üzrə qərarında soyqırım aktının qadağan edilməsi üzrə öhdəliyi erqa omnes öhdəlikləri adlandırmışdır.
Beynəlxalq məhkəmə “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanımışdır.

 

AĞDABAN HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN SOYQIRIM CİNAYƏTİ AKTI KİMİ TANINMASININ HÜQUQİ ƏSASLARI

 

Aşağıdaki sənədlər Ağdaban hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:
1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmış 9 dekabr 1948-ci il tarixli “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” Konvensiyası
2. Nümberq Hərbi Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa isnad edilməsə də, soyqırımın təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).
3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4).
4 .Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1).
5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6).
6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103).
7. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı.

 

AĞDABAN HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN “SOYQIRIM” HÜQUQİ NORMASININ ALTINA DÜŞƏN CİNAYƏT KİMİ TANINMASININ HÜQUQİ NƏTİCƏLƏRİ

 

Beynəlxalq hüquq soyqırım cinayəti ilə bağlı bunları müəyyən etmişdir:
1.Soyqırım cinayəti törətmiş şəxslərin təqibi və cəzalandırılması qaçılmazdır.
2.Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil,həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd,soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik,soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.
3.Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.
4.Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətindən azad etmir.
5.Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.
6.Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.
7.Soyqırım cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir.
8.Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə veriməlidirlər.
Beləliklə, Ağdaban kəndində əhaliyə-ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

 

GENOSİD CİNAYƏTİNİN QARŞISININ ALINMASI VƏ CƏZALANDIRILMASI HAQQINDA KONVENSİYA

 

9 dekabr, 1948-ci il tarixdə BMT-nin Baş Assambleyasının 260 (III) A Qətnaməsi ilə qəbul olunub.
Qüvvəyə minmişdir: 12 yanvar, 1951.

 

Razılığa gələn tərəflər.

 

Genosidin BMT-nin təbiətinə və məqsədlərinə zidd olan və sivil aləm tərəfindən pislənən beynəlxalq hüquq normalarına əsasən cinayət olduğu haqqında 11 dekabr 1946-cı il tarixli BMT-nin Baş Assambleyasının 96-cı qərarında göstərilmiş bəyannaməni nəzərə alaraq,

 

Tarixin bütün dövrlərində genosidin bəşəriyyətə böyük itkilərə gətirib çıxarmasına səbəb olduğunu etiraf edərək,

 

Bəşəriyyəti bu kimi iyrənc fəlakətdən xilas etmək üçün beynəlxalq əməkdaşlığa ehtiyacın olduğuna əmin olaraq,
Aşağıda göstərilmiş müddəalar üzrə razılığa gəlirlər:

 

Maddə 1. Razılığa gələn Tərəflər təsdiqləyir ki, genosid, sülh və ya müharibə zamanı törədilməsindən asılı olmayaraq, beynəlxalq hüquq normalarına müvafiq olaraq cinayətdir və onun qarşısını almaq və cəzalandırmaq öhdəliyini üzərlərinə götürürlər.

 

Maddə 2. Hazırki Konvensiyaya müvafiq olaraq genosid hər hansı milli, etnik, irqi və ya dini qrupun qismən və ya bütünlüklə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir:

 

a) Qrup üzvlərini öldürmək.
b) Qrup üzvlərinə fiziki və ya mənəvi zərbə vurmaq.
c) Qrupun həyat şəraitinə onun tam və ya qismən fiziki məhv edilməsi niyyətilə qəsdən zərbə vurmaq.
d) Qrup daxilində təbii artımın qarşısını almaq məqsədilə tədbirlər görmək.
e) Qrup üzvlərinin uşaqlarıını digər qrupa məcburi vermək.

 

Maddə 3. Aşağıdakı hərəkətlər cəzalandırılmalıdır: 

a) Genosid.
b) Genosid törətməyə yönəlmiş gizli niyyət.
c) Genosid törətməyə yönəlmiş birbaşa və ictimai təhrik.
d) Genosid törətmək cəhdi.
e) Genosiddə iştirak.

 

Maddə 4. Genosid və ya maddə 3-də göstərilmiş hər hansı bir cinayəti törətmiş qanunvericiliyə əsasən məsuliyyət daşıtan dövlət rəhbərləri, ictimai rəsmilər və ayrı-ayrı fərdlər cəzalandırılmalıdırlar.

 

Maddə 5. Razılığa gələn tərəflər Konstitutsiyalarına müvafiq olaraq cari
Konvensiyanın müddəalarının effektivliyini təmin etmək və xüsusilə də genosiddə və ya maddə 3-də göstərilmiş digər hərəkətlərə görə təqsirli bilinən şəxsləri ədalətli cəzalandırmaq məqsədi ilə müvafiq qanunvericilik normalarını icra etmək öhdəliyini üzərlərinə götürürlər.

 

Maddə 6. Genosid və ya maddə 3-də göstərilmiş digər hərəkətləri törətmiş şəxslərin işinə cinayətin törədildiyi ərazidə Dövlətin səlahiyyətli məhkəməsi tərəfindən və ya Razılığa gələn Tərəflərin yurisdiksiyasına malik ola bilən beynəlxalq cinayət məhkəməsi tərəfindən baxılmalıdır.

 

Maddə 7. Genosid və ya maddə 3-də göstərilmiş hərəkətlər cinayətkarın eksradisiyası məqsədilə siyasi cinayətlər hesab olunmalıdır.
Razılığa gələn Tərəflər bu kimi hallarda cinayətkarın ekstradisiyasına qüvvədə olan öz qanunlarına və müqavilələrinə əsasən icazə vermək öhdəliyini üzərlərinə götürülər.

 

Maddə 8. Genosid və ya maddə 3-də göstərilmiş hərəkətlərin qarşısını almaq və aradan qaldırılması üçün razılığa gələn tərəflərin hər biri münasib bildikləri qaydada Birləşmiş Millətlərin səlahiyyətli orqanlarına müraciət edərək bu hərəkəti BMT-nin Nizamnaməsinə uyğun şəkildə həll olunmasını istəyə bilər.

 

Maddə 9. Razılığa gələn Tərəflər arasında cari Konvensiyanın təfsiri, tətbiqi və yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr, Genosid və ya maddə 3-də göstərilmiş hərəkətlərə Dövlətin cavabdehliyi də daxil olmaqla, tərəflərdən birinin xahişi ilə Beynəlxalq Məhkəməyə baxılmaq üçün təqdim olunmalıdır.

 

Maddə 10. Çin, ingilis, fransız, rus və ispan dillərində orjinalı olan bu Konvensiya 9 noyabr 1948-ci il tarixdən qeydə alınmalıdır.

 

Maddə 11. Hazırki Konvensiya BMT-nin hər hansı bir üzvünün və Baş Assambleya tərəfindən imzalama üçün dəvətnamə ünvanlanmış qeyri üzv Dövlətin adından 31 dekabr 1949-cu il tarixinədək açıq olmalıdır.

 

Cari Konvensiya təsdiqlənməli və təsdiq sənədləri BMT-nin baş kətibinə saxlanma üçün təqdim edilməlidirlər.

Cari Konvensiya 1 yanvar 1950-ci il tarixdən sonra BMT-nin hər hansı bir üzvünün və yuxarıda qeyd olunan dəvətnaməni almış qeyri üzv Dövlətin adından qüvvəyə minə bilər.Qüvvəyə minmə haqda sənədlər BMT-nin baş katibinə saxlanma üçün təqdim edilməlidirlər.

 

Maddə 12. Razılığa gələn Tərəflərdən hər biri istənilən vaxt BMT-nin baş katibinə ünvanlanmış bildirişlə xarici əlaqələrin yaradılması üçün Razılığa gələn Tərəfin cavabdeh olduğu ərazilərin hamısına və ya bəzilərinə cari Konvensiya tətbiqini genişlkəndirə bilər.

 

Maddə 13. Təsdiqlənmə və ya qüvvəyə minmənin ilk iyirmi sənədinin təqdim edildiyi gün Baş katib protokol tərtib etməli və onun surətini məddə 11-də göstərilən BMT-nin üzvlərinə və qeyri üzv Dövlətlərə göndərməlidir.

 

Cari Konvensiya təsdiqlənmə və ya qüvvəyə minmənin iyirminci sənədinin təqdim edilməsi tarixindən sonra doxsanıncı gündə qüvvəyə minməlidir.

 

Daha sonrakı vaxda keçirilmiş hər hansı bir təsdiqlənmə və ya qüvvəyə minmə sənədinin təqdim edilməsindən sonra doxsanıncı gün qüvvəyə minməlidir.

 

Maddə 14. Cari Konvensiya qüvvəyə mindiyi tarixdən etibarən on il müddətində etibarlı olmalıdır.

 

Hər hansı bir tərəfin ən azı 6 ay qabaqcadan xəbər verərək konvensiyadan çıxmaq istəyini bildirmədiyi halda konvensiyanın etibarlılıq müddəti daha beş il müddətinə uzadılır.

 

Konvensiyadan çıxma bu barədə BMT-nin baş katibinə yazılı şəkildə ünvanlaşmış bildirişlə həyata keçirilir.

 

Maddə 15. Konvensiyadan çıxmanın nəticəsində Konvensiya Tərəflərinin sayı 10-dan az olarsa, bu halda Konvensiyadan sonuncu çıxma hadisəsi qüvvəyə mindiyi tarixdən etibarən Konvensiya qüvvədən düşmüş hesab edilir.

 

Maddə 16. Cari Konvensiyaya yenidən baxılması ilə bağlı sorğu Baş katibə yazılı bildiriş ünvanlandırılmaqla Razılığa gələn Tərəflərin hər bir tərəfindən həyata keçirilə bilər.

 

Baş Assambleya bu kimi sorğuya uyğun olaraq hər hansı bir addım atma üçün qərar verməlidir.

 

Maddə 17. BMT-nin baş katibi maddə 11-də göstərilmiş BMT-nin bütün üzvlərinə və qeyri üzv dövlətlərinə aşağıdakıları elan etməlidir:

 

A) Maddə 11-ə əsasən qəbul olunmuş imzalar, təsdiqlənmələr və qüvvəyə minmələr.
B) Maddə 12-ə əsaən qəbul olunmuş bildirişlər.
C) Məddə 13-ə əsasən car Konvensiyanın qüvvəyə minmə tarixi.
D) Maddə 14-əsasən qəbul olunmuş Konvensiyadan çıxmalar.
E) Maddə 15-ə əsasən Konvensiyanın qüvvədən düşməsi.
F) Maddə 16-ə əsasən qəbul olunmuş bildirişlər.

 


Maddə 18. Konvensiyanın əsli BMT-nin arxivində saxlanılmalıdır.

 

Konvensiyanın təsdiqlənmiş nüsxəsi maddə 11-də göstərilmiş BMT-nin üzvlərinə və qeyri üzv dövlətlərə göndərilməlidir.

 

Maddə 19. Cari Konvensiya qüvvəyə mindiyi tarixdən BMT-nin Baş Katibi tərəfindən qeydiyyata alınmalıdır.


İkinci dünya müharibəsi ona gətirib çıxardı ki, leksiona yeni bir söz – «soyqırımı» sözü daxil oldu.Çox illər sonra Ruanda üzrə Beynəlxalq tribunal soyqırımı “cinayətləri cinayəti” adlandırdı.1945-ci ildə bu termin hüquqi praktikada – nasist hərbi cinayətkarları üzərində gedən Nümberq prosesində istifadə olundu.1948-ci il 9 dekabrda BMT-nin Baş Assambleyası «Soyqırımı cinayətinin qarşısının alınması və onun törədilməsinə görə verilən cəzalar haqqında konvensiya»nı qəbul etdi.Konvensiya bəyan edirdi ki, soyqırımı hərbi və ya sülh zamanı həyata keçirilməsindən asılı olmayaraq, beynəlxalq hüququn normalarını pozan cinayətdir.Soyqırımı deyəndə hansısa milli, etnik, irqi və dini qrupu tamamilə ya da qismən məhv etmək məqsədilə həyata keçirilən, bu qrupun üzvlərinin öldürülməsi, bu qrupun üzvlərinə ciddi cismani və əqli zərər vurulması, qrup üçünqəsdən tam və ya qismən fiziki məhv etmək üçün nəzərdə tutulmuş həyat şəraitinin yaradılması, bu qrupda doğumun qqarşısını almağa hesablanmış tədbirlər, uşaqların bir insan qrupundan digərinə verilməsi kimi fəaliyyətlər başa düşülür.Konvensiya həm də müəyyən edib ki, yalnız soyqırımı və onda iştirak edənlər deyil, soyqırımı törətmək
məqsədilə əlbirlik, qəsd, habelə soyqırımın törədilməsinə açıq təhrik də cəzalandırılır.
Soyqırımı həmişə təşkil olunandır.O, çox vaxt dövlət nümayəndələri, daha az hallarda qeyri-rəsmi yollarla, məsələn, hərbiləşdirilmiş və dini təşkilatlar tərəfindən qurulur.Soyqırımını həyata keçirən hissələr, bandalar və insan kütlələri bir qayda olaraq, əvvəlcədən silahlanmış və ya təlim keçmiş olurlar.Bu mərhələdə qətl planları mhazırlanır, məsələn, «qara siyahılar» tutulur.Soyqırımı təşkil edən tərəf soyqırımı faktını həmişə inkar edir.O, soyqırımı qurbanlarının şəhadətini yalan elan edir, qurbanların qardaşlıq məzarlarını məhv etməyə çalışır və soyqırımı qurbanlarının özünü dəhşətli cinayətlərdə ittiham edərək, əks-təbliğata başlayır.Soyqırımı təşkilatçıları bu cinayətlərin təhqiqatına fəal surətdə mane olur.
Soyqırımı cinayəti üçün xüsusi məqsədin mövcudluğu zəruri elrment hesab olunur.Bu, obyektiv xüsusiyyət soyqırımı digər analoji, beynəlxalq cinayətlərdən fərqləndirir.Soyqırımı yaradan hərəkətlərin hər biri şüurlu surətdə, qəsdən edilir.Belə əməllər törətmək niyyəti və onların mümkün nəticələrinin dərk edilməsi onların soyqırımı kimi qiymətləndirilməsi üçün yetərli deyil.Burada cinayətkar niyyətin xüsusi məqsədini və ya hərəkətin neqativ nəticələri ilə əlaqədar olan konkret niyyəti aşkara çıxarmaq tələb olunur.Azərbaycanın xilas olmağa çalışan mülki əhalisinə əvvəlcədən hazırlanmış pusqulardan avtomatlardan, pulemtotlardan və digər silah növlərindən atəş açılması soyqırımı niyyətini təsdiqləyir.Soyqırımı cinayəyi üçün məsuliyyətin təsdiq edilməsi bütöv bir qrupun məhv edilməsi kimi son nəticəyə nail olmanı tələb etmir.Bunun üçün etnik qrupu tam və ya qismən məhv etmək niyyəti daşıyan cinayəti təşkil edən hərəkətlərdən birinin həyata keçirilməsi kifayətdir.Soyqırımın tərəflərindən biri olan məhv etmək anlayışı fiziki və bioloji təsir yolu ilə həyatdan məhrum edilmək deməkdir.
Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəldiyi göz qabağındadır.Soyqırımı cinayətinin təhlilində onun 3 tərkib hissəsi üzə çıxır.
1) məlum milli, etnik, irqi və ya dini qrupun mövcudluğu.
2) Həmin qrupu tam və ya qismən məhv etmək niyyəti.
3) Məlum qrupa qarşı soyqırımı kimi şərh edilən hərəkətlərdən birinin törədilməsi.

Beynəlxalq məhkəmə «Soyqırımı cinayətinin qarşısının alınması və onun törədilməsinə görə verilən cəzalar haqqında konvensiya»nın əsasında duran prinsipləri bütün dövlətlər üçün mütləq xarakterli normalar kimi tanıyıb.Xocalı faciəsi azərbaycanın tarixinə əbədi həkk olunub.Xocalıda soyqırımı törədilib.Amma dünya bunu bilmir.Və əgər biz bu istiqamətdə konkret addımlar atmasaq, materiallar yayıb, kitablar çap etməsək çətin ki, bilsin.