Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Ekologiya
8 Aprel , 2015

İnsan cəmiyyəti ona lazım olan bütün təbii nemətləri, havanı, suyu, qidanı bütövlükdə təbiətdən alır. Bu kimi təbii sərərlər yüz illərdir ki, kor təbii halda istifadə olunması nəticəsində dünya miqyasında dəyişilməyə məruz qalmışdır. Bu hal son 50-60 ildə elmi texnika tərəqqi etdiyi bir dövrdə daha da kəskinləşmişdir. Dünya miqyasında insan cəmiyyətinin durmadan artması, onların tələbatlarının ödənilməsini ötüb keçmişdir. Yer kürəsinin təbii sərvətlərindən istifadənin durmadan genişlənməsi, energetika, sənaye, kəndtəsərrüfatı, nəqliyyat vasitələrində yeni-yeni texnologiyadan və onun tətbiqinin genişlənməsi landşaftların antropogen təsirləri nəticəsində dəyişməsi, bu və ya digər sahələrdə ətraf mühit dəyişikliyə məruz qalaraq insanı əhatə edən mühit antropogen təsirləri nəticəsində bütövlükdə ekosistemlərdə ekoloji tarazlıqların pozulmasına səbəb olur.
Ekoloji tarazlığı onun mürəkkəb və bir biri ilə sıx bağlı olan mexanizmlərini təbətin insanın reaksiyasına təbii sistemlərə təsir edəcək yükü bilmədən yeni ekoloji biliyə dərindən yiyələnmədən təbiətdən, onun sərvətlərindən səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyil.
Müasir dövrümüzdə, ekologiya elminin bu cür populyalaşmasında səbəbi bütövlükdə ekosistemlərin günü-günə dəyişməsidir ki, bu da dünya miqyasında alimlərin, mütəxəsisslərin, dövlət rəhbərlərinin düşməyəbəşəriyyəti nə cür xilas etmə kimi problemlərlə qarşılaşdırmışdır.
Ekologiya yunan sözü-Oykas-yaşayış yeri, logiya ülm deməkdir. Bu term yunan sözü olsada onu ilk dəfə alınan bioloqu 1869-cu ildə Ernest Hekçel işlətmişdir. Ekologiya planetimizdə fəaliyyətdə olan canlı orqanizmlərlə onlara təsir edən ətraf mühit amillərinin birgə qarşllıqlı əlaqələrindən bəhs edən elm sahəsidir. Ekologiyanın əsas göstəricisi enerji və üzvi maddədlərin dəyişikliyi nəticsində canlı orqanizmlərin inkişaf formalaşma və məhv olma proseslərini müəyyənləşdirir.

Ekologiya ayrı-ayrı fərdlərin, populyasiya, növlər, qruplaşmalar və onların ətraf mühit amilləri ilə qarşılıqlı əlaqəsi də ekologiyanın təfqiqat obyekti hesab olunur. Lakin müstəqil bir elm kimi ekologiya elmi spesifik deyildir. Lakin onlarla digər elmlər, biologiya-botanika, zoologiya, sistematika, genetika, biocoğrafiya, geobotanika və s. məşğul olur.
Ekologiya elminin inkişafı XX əsrin əvvəllərindən başlamışdır. Çünki təbiətin müəyyən sahələrində bu əsrin 30-cu illərinə qədər nəzərə çarpacaq dərəcədə baş vermişdir. Lakin II dünya müharibəsindən sonra təbiətin bu və ya digər sahələrndə, təbi ehtiyyatlara qarşı təsir ilbəil güclənməsindən ekologiya elmi tamamilə yeni inkişafı zəruri sayılan elm sahəsinə çevrildi. Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii ehtiyyatlarda səmərəli istifadə olunması və mühafizəsi elmi biologiya elminin müxtəlif sahələrinə çox daha geniş sahələrə gətirib çıxarmışdır. Müasir ekologiya bitkilrin ekologiyası, torpağın ekologiyası, coğrafdi ekologiya, heyvanların ekologiyası, mikroorqanizmlərin ekologiyası, suların, dənizlərin, okeanların, atmosferin, kənd təsərrüfatının, sənaye nəqliyyat, sahələrin nəqliyyat ekologiyası, sosial ekologiya, insanların ekologiyası kosmik ekologiya və s. geniş miqyasda inkişaf etmişdir. Bu göstərilən ekoloji sahələr ümumi ekologiyanın müstəqil bölmələri olub 30-40 il ərzində daha geniş vüsət almışdır və nəzəri tətbiqi ekologiya bölmələrinə ayrılmışdır. Bu isə öz övbəsində 4 əsas bölməyə: 1. anteekologiya və ya faktorlar ekologiyası ( ekoloji faktorlar haqqında təlim) 2. populyasiya ekologiyası, demoekologiya. 3. ekosistem və yaxud qruplaşma ekologiyası, yaxud biosenologiya. 4. biosfer haqqında təlim.
Biosfer ehtiyyatlarından, planetimizin bütün təbii sərvətlərindən, həmçinin yaxın kosmik fəzadan səmərəli istifadə olunması və qorunması problemləri bu gün mürəkkəb bir dövrə, müharibə, sülh, ərzaq ictimai və s. problemlərdən az faliyyət daşımır. Buna görə də ekologiya elmi qanunauyğun surətdə elmin ön sırasında durur.
Elmi-texniki tərəqqi keyfiyyətcə yen yüksək mərhələ kimi. Cəmiyyətə böyük fauda verir. Əhalinin ümumi güzaranın inkişafına şəraityaradır, müasir metodlarla insan, heyran və bitki xəstəliklərinin qarşısını alır, insanların ömrünü uzadır, uşaq ölümünün faizi getdikcə aşağı düşür.
Lakin cəmiyyətdə sivilizasiyanın inkişafı bir sıra qeyri ekoloji hadisələrlə də nəticələnir. Təbii ehtiyyatlar tükənir. Ətraf mühit çirklənməyə mərq qalır. Antropogen təzyiqlərin güclənməsi ilə təbii ekosistemlərin pozulması (yer üzərində bir çox bitki və heyvan növlərinin məhv olmasıdır.) buferlərdə tarazlqların pozulması müşahidə olunur və s. Bu kimi təzyiqlərin altında bəzən qlobal ekoloji fəlakətlər meydana çıxır.
Ekologiya elminin son tətbiqi nəticələri aşağıdakılardan ibarətdir. Müasir və gələcək nəsilləri sağlam, ətraf mühit amilləri ilə təmin etmək üçün elmi əsasların hazırlanması, təbii ehtiyyatlardan səmərəli istifadə olunması və mühafizəsi, tullantısız texnologiyanın ekoloji əsaslarını aşkar etmək, optimal və ehtibarlı fəaliyyət göstərən süni (antropogen) ekosistemlər xüsusilə kənd təsərrüfatı yaratmaq: rəsmi və qeyri rəsmi səviyyələrəd ekoloji təhsilə və əhalinin bütün təbəqələri arasınd ekoloji mədəniyyətə yiyələnçək. Əsaslı ekoloji tədqiqatlar məhz bu vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəldilməlidir. Lim və mütəxəsislər qarşısında duran əsas və təxirəsalınmadan həllini tapacaq problemlər aşağıdakılardan ibarətdir. Dünya miqyasında və eləcədə Azərbaycanda ekologiya elminin tarixi həyat mühiti və ekoloji amillərin geniş xarakteristikası populyasiyalar biosenozlar ( biotik qruplaşmalar) ekosistemlər və biosferin ətraflı təhlili, landşaft əsasında biosferin təbii ekosistemlərinin (yerüstü ekosistemlər-biomlar, şirinsulu və dəniz ekosistemləri) təsnifatı: təbii ehtiyyatların Atmosfer, hidrosfer, litosfer, torpaq və bitki örtüklərinin dünyada və rüspublikamızda müasir vəziyyəti və ekoloji problemləri insanlarla təbii ehtiyyatlar arasındakı qarşılıqlı əlaqələr, ekosistemlərin təbii vəantropogen dinamikası. Xüsusi mühafizə olunan ərazilər, qoruqlar, yasaqlar, milli parklar, beynəlxalq və daxli turizm, təbiəti mühafizə tədbirləri pestisidlərdən, gübrələrdən istifdənin və suvarmanın ekoloji problemləri, dünyada və rüspublikamızda müşəsizləşdirmə və səhralaşma problemləri torpağın rekultivasiyası, bəşəriyyətin sosial problemlərinin (Urbanizasiya sağlamlığı) ekoloji cəhətcə yeni inkişaf dövrünün ekoloji məsələləri.

EKOLOGİYA VƏ ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ.
Hal-hazırda respublikamızda ekoloji mühitin pozulması meşələrin, çəmənliklərin, kənd təsərrüfatına yaralı torpaqların azalması, bəzi ərazilərlə tamam məhv olması, Kür-Araz və digər çayların xəzərin və havanın çirklənməsi, bir sıra bitki və heyvan növlərinin bioloji müxtəlifliyinin poxulması və ya azalması respublika alimləri və mütəxissləri üçün həyacan təbili çalır.
EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ
Ekologiya elminin tarixi çox qədim keçmişlərə təsadüf edir. Canlı orqanizmlərin həyatı, onların xarici mühitdən onları əhatə edən üzvi və qeyri üzvi mühitdən asılı olması heyvan və bitkilərin yayılması xüsusiyyətləri haqqında məlumatlara hələ eramızdan əvvəlki dövrlərə təsadüf edir. Hələ Aristotel (e.ə.384-322) Böyük Pliney (23-79 e.ə.) R.Boykonun (1627-1691) əsərlərində yaşayış mühitinin orqanizmlərin həyatında əhəiyyəti və onların müəyyən yaşayış yerlərində məskunlaşması məsələsi toxunmuşlar.
Antik filosof Aristotel (384-322 e.ə) 500 dən artıq ona məlum olan heyvan növünün təsvir etmişdir, onların davranışları haqqında məs: balıqların miqrasiyası və qış yuxusu, quşların yer dəyişmələri, heyvanların və fəaliyyətlərindən, qu quşunun parazitliyindən, mürəkkəbliyinin özünü mehafizə üsulundan yazmışdır. Aristotelin şagirdi botanik-Teofrast Ereziyski (371-280 e.ə) müxtəlif şəraitdə yayılmış bitkilərin xüsusiyyətlərindən, onların formalarının dəyişkənliyində torpağın və iqlimin rolu haqqında məlumatlar vermişdir. Daha sonralar bu sahənin inkişaf dövrlər başlandı, bitki və heyvanların təsiri onların daxili və xarci quruluşlari, forma müxtəlifliyi, ilk inkişaf mərhələində bioloji elminin başlıca məzmunu idi.
Ümumiyyətlə ekologiyanın inkişaf tarixi əsas üç bölmədən:
1-ci mərhələ: Ekologiyanın bir elm kimi yaranma və tışıkkülü (XIX əsrin 60-cı illərinə qədər). Bu mərhələdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti və qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış ilk elmi yekunlar hazırlanmışdır. XVII-XVIII əsrlərdə ekoloji məlumatlar ayrı-ayrı canlı orqanizmlərə həsre olunur. Onların bioloji təsvirləri yerinə yetirilir. Məs. A.Reomyurun əsərləri həşəratlara (1734). L.Tramblenin isə hdra və mşanklarda (1744) həsr olunur. Ekoloji yaranmanın elementlərinə rus alimlərinin İ.İ.Lepixinin, A.F.Midenforun, S.P.Kraşennikovun fransız alimi Z.Byuffonunu təbiətşünası K.Linneynin alman alimi Q.Yeqerin və başqalarının əsərlərində rast əlinir. XVII əsrdə Rusiyanın ir sıra bölgələrində tədqiqatlar aparmış səyyahlardan S.P.Kraşennikovun İ.İ.Zepexin. P.S.Pollas və başqa rus alimləri iqlim və bitki örtüyü və heyvanlar aləminin rusiyanın bir çox bölgələrinin əraziərində qarşllıqlı əlaqəli dəyişikliklıriu göstərmişlər. P.S.Pallas öz əsərlərində 151 məməli, 425 quş növüün həyat tərzini, həmçinin miqrasiya qış yuxusu qohum növləri qarşılıqlı əlaqəsi və s. bioloji hadisələrin təsvirini vermişdir.
Mərhələnin başlanğıcı rus alimləri K.F.Rulye (1814-1858) N.A.Seversor (1827-1855) və V.V.Dokuçayev (1846-1903) əsərləri ilə əlamtdar oldu. Onlar ilk dəfə ekologiyanın bir sıra xüsusiyyətlərini və anlayışlarını əsaslandsırdı. Oların tədqiqat nəticələri və elmi fikirləri dövrə kimi öz əhəmiyyətini itirməmişdir.
Moskva Universitetinin profüssoru Karl Fransevic Rulye 1841-1858-ci illər ərzində praktiki olaraq ekologiyanın prinsipial problemlərinin tam siyahısını vermişdir. O ilk olaraq orqanzim və mühitin qrşılıqlı əlaqəsi prinsipini dəqiq təyin etmişdir. Hər bir üzvi canlı orqanizm öz özünə yaşamır. Hər biri onun üçün xarici aləmlə qarşlıqlı təsirdə olduğu üçün yaşamağa cəlb olunur və yaşayır. Bu ünsiyyət qanunidir və ya həyat başlanğıcının ikiliyidir. Bu onu göstərir ki, hər bir canlı həyata (yaşamağa) imkanı qismən özündən qismən də xaricdən alır.
Bu prinsipi inkişaf etdirərək Rulye mühitlə qarşılıqlı əlaqəni iki amilə bölür, “Fərdi yaşayış hadisəis və ümumi yaşayış hadisəsi” bu orqanizmin səviyyəsində və populyasiya və biosenoz əviyyəsində ekoloji prosesləerin müasir təsəvvürünə uyğun gəlir. Rulye çap olunmuş mühazirələrində və məqalələrində dəyişkənlik insanların təbiətə təsiri kimi, problemlər irəli sürürdü. Orqanzmlərin mühitlə qarşılıqlı əlaqəsini Rulye, C.Darvinin klassik prinsiplərinə yaxın mövqedə müzakirə edirdi. O zoologiyada xüsusi istiqamətin mühitlə mürəkkəb qarşılıqlı əlaqəsinin aşkar etməsini məsələlərinin tədqiqini inkişaf etdirilməsini geniş tətbiq edirdi. K.F.Rulye heyvanların geniş ekoloji tədqiqat sisteminin onun əsasında Zoologiyanı işləyib hazırlamış. Tepik ekoloji məzmunda bir sıra əsərlər tipləri ayrılmasını və s. yazmışdır. O üzvi aləmin inkişaf amillərinin aşkar etdirilməsini ilə C.Darvin (1809-1882) ekologiyanin əsaslarinin inkişafina mühüm qiymət vermişdir. Evolyusiya mövqeyindən C.Darvinə yaşamaq uğrunda mübarizə ifadəsi canlı aləmin xarici aləmlə abiotik mühitklə, qarşılıqlı əlaqə kimi qiymətləndirmişdir.
1859-cu ildə C.Darvinin “Təbii seçmə yolu ilə növün mənşəyi və ya həyat uğrunda mübarizədə yararlı cinslərin saxlanması” kitabı nəşr olur. C.Darvin göstərir ki, təbiətdə “yaşayış (həyat) uğrunda mübarizə “təbii seçməyə gətirib çıxarır, yəni bu mübarizə evolyusiyanın hərəkətdə olan amildir.
Ekologiya termini tədricən yaranmış bir elm sahəsidir. O, əsasən XIX əsrin soblarında ümumi təsdiqini tapdı. XIX əsrin kinci yarısında ekologiyanın əsas məzmununa əsasən heyvan və bitkilərin həyat tərzinin onların iqlim, şəraitinə (temperatur, işıq rejimi, rütubətlik və s) uyğunlaşmasının öyrənilməsi idi. Bu sahədən ümumi nəticələr çıxaran alimlər məs: A.Qumbotin “Fizionomik” istiqamətində, Danimarka botaniki A.N.Beketov (1825-1902) bitkilərin coğrafi yayılması ilə onların anatomik və morfoloji quruluşlarınn xüsusiyyətlərini və onların arasında olan oxşarlıqları və əlaqəni aşkar etdi və ekologiyada fizioloji tədqiqatların əhəmiyyətini gösərdi, D. Allen (1877) Şimali Amerika məməli heyvanarın və quşların qliminin coğrafi dəyişilməsi ilə əlaqədar bədənlərinin hissələrinin və rnginin dəyişməsini və s. bir sıra ümumi qanunauyğunluqları aşkar etdi.
Alman bioloqu Ernest Hekkel (1834-1919) ilk dəfə olaraq ekologiya elminin biologiyanın müstəqil və sahəsi kimi ayrılaraq ona ekologiya adını verdi (1866). Özünün “orqanizmlərin morfologiyası” kapital əsərində o yazırdı: Ekologiya dedikdə biz təbiətin iqtisadiyyatına aid olan bitgilərin cəmi kimi başa düşürük; ekologiya heyvanların onu əhatə edən mühitlə qarşılıqlı əlaqələrinin bütövlükdə məcmunu; onların təmasda olduğu heyvan və bitkilərlə, bilavasitə və ya dostluq və ya düşmənçilik və ya düşmənçilik əlaqələrini göstərir. Bu əlaqələri Darvin “yaşamaq uğrunda mübarizə”ni törədən şrait adlandırmıdır.
Dokuçayevin tədqiqatları Q.F.Horozov tərəfindən davam etdirilərək “Meşə haqqında təlim” əsərində meşənin ekologiyasınn əsasını qoydu sonralar Q.N.Visotskinin işləri meşənin ekologiaysı elmini zənginləşdirdi.
XX əsrin əvvəllərində hidrobioloqlar, fitosenoloqlar, botaniklər, Zooloqların ekoloji məktəbləri formalaşır, onların hər birində ekoloji elminin müəyyən tərifləri inkişaf etməyə başladı.
Brüsseldə III botanika konfransında (1910) illərin əvvəlində qəti formalaşdı və rəsmi olaraq bitgi ekologiyası, fərdlərin ekologiyası, fərdlərin ekologiyasına (autekologiya) və qruplaşmalar ekologiysına aid olaraq ümumi ekologiyada aid edildi.
Müstəqil bir elm kimi ekologiya 1920-ci ilin əvvəllərində qəti formalaşdı. Bu dövrdə Amerika alimi C.Adams (1913) ilk ekoloji məlumata heyvanların ekologiyasının öyrənilməsinə dair dərslik, V.Selvordun yerüstü heyvanların quruluşları.(1913) S.A.Zernovun hidrobiologiya (1913) üzrə və s. alimlərin R.Qessa 1924. K.Raunkor, 1929, ekoloji məlumatları meydan gəldi. 1913-1920-ci illərdə ekoloji elmi cəmiyyətlər təşkil olundu. Ekolgiyaya dair məməlilərin əsası qoyuldu. Universitetlərdə ekologiya termi tədris olunmağa başlandı. 
Görkəmli rus alimi V.İ.Vernadski biosfer haqqında ilk təlim fundamentini kəşf etdi. 1926-cı ildə onun “Biosfer” adlı kitabı çap olunur, orada ilk olaraq canlı orqanizmlərin bütün növlərinin məcmusunun “canlı maddələrin” planetar rolu göstərildi.
Rusiyada populyasiya ekologiyasının inkişafı S.A.Seversov, S.S.Şars, N.P.Naumov, Q.A.Viktorov və s.böyük yeniliklər gətirdi. Onların əsərləri bu elm saəsinin müasir vəziyyətini müəyyənləşdirir. 
Heyvanların morfloji və təkamül ekologiyasının inkişafının M.Ş.Qilyarovun (1949) Böyük xidməti olmuşdur, onun fikrincə biqqmoyaqlıqların qurupu zəbt etməsində toraq keçid mehiti olmuşdur.
1930-cu illərdə çoxşaxəli tədqiqatlar və müzakirələrdən sonra biosenologiya sahəsində əsas əsas nəzəri məlumatlar (biosenozların sərhəddi və tərkibi dərəcəsi, bu sistemin özünü tənzimləyici mümkünlüyü yaradır.
Bitki ekologiyasının fizioloji əsasları üzrə K.A.Timirzayevin ənənəsini davam etdirərək N.A.Maksimov çox qiymətli yeniliklər irəli sürdü.
1930-40 cı illərdə heyvanların ekologiyası haqqında K.Fredreksin (1930) F.Bademqeymerin (1938) D.N.Koşkarovun və s. meyadan gəldi.
V.N.Sukaçovdan sonra qlobal ekologiyanın inkişafında biosenozların öyrənilməsi üzrə geobotaniki tədqiqatları Z.N.Zavrenko (1949-1972 və s) aparmış müxtəlif bitki növlərinin bioloji kütləsini və məhsuldarlığını öyrənmişdir. N.İ.Bazilyeviç Z.Y. Robina (1967 və b) tətbiq olunmuşdur4.
Coğrafi zonaların formalaşmasının təbii proseslərini qarşılıqlı təsirinin nəticələri olduğunu A.A.Qriqoryev (1966) öz üzərində göstərmişdir. Onun tədqiqatlarında təbii zonalrın iqlimin elementlərindən günəş radiasiyası və yağmurların miqdarından asılılığı müəyyən edilmişdir.
Biosfer təkamülünün qanunauyğunluqları Vinoqradov (1967) K.K.Markov (1960) A.İ.Oparin(1957) əsərlərində öyrənilmişdir. S.S.Şvars (1973) canlı orqanizmlərin təkamül müxanizminin tətbiq etmişdir.
Biosferin antropogen təsirlər nəticəsində dəyişməsi kimi aktual problem bir çox tədqiqatçıların nəzərini cəlb etmişdir.
D.Z.Armand (1966). Y.K Fyodorov (1972). Y.A.İsrail və başqa rus alimlərinin monoqrafiyaları bu məsələlərə həsr olunmuşdur. Xarici tədqiqatçılardan P.Dyuvino, Tanq, B.Kommoner (1971), K.Uat (1968) monoqrafiyalardan da bu kimi problemlərin tətqiqinə yönəlmişdir.
Qurupun və su balansı haqqında “Dünyanın su balansı və yerin su ehtiyyatları adlı kollektiv monoqrafiyada M.Z.İvanoviçin (1974) əsərlərində geniş izahatlar verilmişdir.
Üçüncü mərhələ- XX ci əsrin 50-ci illərindən sonrakı dövr. Həmin dövrdən ətraf mühitin çirklənməsinin intensivləşməsi və insanın təbiətə antropogen təsirinin güclənməsi ilə əlaqədar olaraq ekologiya elmi xüsusi əhəmiyyət kəsb edir. Bu kimi təsirlərin nəticəsində ekologiya kompleks elmə çevrildi, təbii və ətraf mühitin qorunması elmini və özündə cəmləşdirdi və ciddi bioloji elmdən ekologiya bitkilərinin çevrilərək özünə coğrafiya, geologiya, kimya, fizika, coğrafiya mədəniyyət tarixi iqtisadiyyat bölmələrini daxil etdi.(Reymers 1994)
Ekologiyanın dünya miqyasında inkişafının müasir dövrlərinin inkişafı xarici xarici ölkələrin görkəmli alimləri. Y.Odum, Ş.M. Andersen, E.Rianka, R.Riklefsi və bir çoxlarını göstərmək olar.
Müasir dövrdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyətiqanunlarının öyrənməklə yanaşı həmdə təbiət və insan cəmiyyətinin qarşılıqlı əlaqələrinin səmərəli formalarını əsaslandırır. Beləliklə ekoloji biliklərin sosial rolu artır. Ekologiya sahəsində fundamental tədqiqatların inkişafının əsas məqsədi xalq təsərrüfatıın aşağıdakı gərgin problemləri ilə müəyyənləşdirilir. Bu böhranın qarşısını alınmasının mümkünlüyü yalnız ekoloji biliklərin yiyələnməsi və inkişafı sayəsində tapıla bilər. Ekoloji bitkilərin gücü, təbii ehtiyyatlardan düzgün istifadə etmək, populyasiyanın sayını nizamlamaq, kənd təsərrüfatı problemlərinin yeni həllini və sənaye istehsalının təşkilinin yeni mexanizmi tapmaq kəmək edə bilər.