Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Ekologiya
8 Aprel , 2015

Azərbaycanda ekologiya elminin inkişaf tarixi ayrı-ayrı sahələrdə müəyyən illərdə aparılmışdır. Məs. Ekologiya elmi coğrafiya sahəsi ilə sıx əlaqədardır. Ekologiya canlı orqanizmlərlə onları əhatə edən coğrafi mühitlə qarşılıqlı əlaqədə haqqında elm ahəsidir. Azərbaycan ərazilərində coğrafiya aid ilk məlumatlara qədim tunan coğrafiyaşünası və tarixçisi Strabonun “Coğrafiya” adlı əsərində təsadüf olunur. Strabordan sonrakı dövrlərdə məşhur coğrafiyaçılar və tarixçilər o cümlədən Ədbür Rəşid Bakuvi (XX əsr) Hacı Zeynalabdin Sievani (XVII-XIX) Abbasqulu Ağa Bakıxanov (XIX), Həsənbəy Zərdabi (XIX-XX) və başqalarının əsərlərində Azərbaycanın coğrafi şəraitin haqqında məlumatlara rast gəlinir.
XX əsrin əvvələrində bir sıra əcnəbi və Azərbaycanın alimləri: Q.Adıx. İ.Qubkin, V.Dokuçayev, G.İ.Boqdanoviç, R.P.Reynqarda A.Qrosheym, İ.V.Fiqurovski, Qafiz Rəşad M.Baharlı və s. respublikanın ərazilərində coğrafiya elminin müxtəlif istiqamətləri üzrə elmi tədqiqat işləri aparmış, iqlimşünaslıq, sinoptik, metrologiya, atmosfera fizikası, mikroiqlimşünaslıq, zooiqlimşünaslıq sahələrində elmi əsərlər yazmışlar Buna İ.V.Fiqovorskinin “Azərbaycanın iqlim rayonlaşdırılması” (1926 Kür-Araz ovalığın iqlim oçerki “Aqrometrologiya (1929), Ə.Şıxlınskinin S.Kopeliovicın “Azərbaycan SSR iqliminin səciyyəsi) misal ola bilər.
Coğrafiyanın müxtəlif sahələri üzrə daha geniş elmi tədqiqatlar 1945-ci ildən sonra Azərbaycan Elmlər Akademiyası Coğrafiya İnstitutu yaranandan sonra artırıldı. İnstitutun tərkibində ciddi dəyişikliklər aparılaraq geomorfologiya, polexoqrafiya, landşaftşünaslıq, iqtisadi və sosial coğrafiya, iqlimşünaslıq hidrologiya, xəritəçünaslıq, xəzər dənizi, meşə torpaqşünaskıq təbiəti mühafizə şöbələri yarandı.
Respublikada Aqroiqlimşünaslıq sahəsində geniş tədqiqatlar Ə.A.Məmmədzadədən sonra Ə.CəƏyyubov tərəfindən aparılmış 1981-ci ildən başlayaraq X.Ş.Rəhimov, N.D.Ulxanlı, H.S.Həsənov və s.taxıl bitkiləri pambıq, üzüm, nar, əncir, çay, yay və qış otlaqları dənizkənarı və dağ kurortlarında aqroiqlim və makroiqlim şəraitini və ehtiyyatların öyrənmiş və aqroiqlim rayolaşdırılmasını tərtib etmişdir.
Xəzər dənizinin ekoloji vəziyyətinin öyrənilməsi ilk dəfə Q.Gül tərəfindən qoyulmuşdur. O tdqiqatlarında Xəzər dənizinin qərb sahillərinin hidrometrologiyası, xəzərin səviyyəsi tərəddüdü ilə əlaqədar xalq təsərrüfatında baş verən dəyişikliklər ayrı-ayrı hidrometroloji amillərin xarakteristikasına üstünlük vermişdir. Bu sahədə tədqiqat işləri aparan alimlərdən A.N.Kosaryev (1967) T.İ.Firman (1966-68) İ.Q.Məmmədov və s. işlərini göstərmək olar.
1969-cu ildə Azərbaycanda H.Ə.Əliyevin təşəbbüsü ilə Təbiəti mühafizə şöbəsi yaradıldı. Şöbənbin əməkdaşları düzən və dağ meşələrinin müasir vəziyyəti, onların antropogen amillərin təsirilə dəyişməsi stiqamətləri öyrənilir. Meşələrin mühafizəsi və bərpası üzrə tədbirlər hazırlanır. (N.H.Axundov, MY.Xəlilov)
Meşə örtüyünün ziyanvericisi, həşaratlardan mühafizə üçün entomoloqlar (106 növ) aşkar edilir, onlara qarşı mübarizə üsulları hazırlanır.
Daşkəsən rayon dağ-mədən tullantılarının rekultivasiyası məqsədilə, tullantıların aqrokimyəvi xassələri, mikroelementlərin tərkibi aşkar edilir və orada süni meşəsalma işləri üzrə təcrübələr aparılır. 1972-ci ildən etibarən respublikanın ayrı-ayrı rayonlarında və bölgələrində radioaktiv elementlərin miqdarı xəritə-sxemi tərtib edilmişdir. (A.Niyazov 1985-1988)
Ekologiya elminin tətbiqi- Ətraf mühitin mühafizəsi sahəsində, B.Ə.Budaqovun apardığı elmi tədqiqatların nəticələri onun “Təbiəti qoruyaq(1977), “Dözümlü, dözümsüz təbiət(1990) və bir çox əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə respublikamızda atmosfer havasının, suyun, bitki örtüyünün o cümlədən meşələrin, torpağın, nadir landşaft obyektlərinin təbiət abidələrinin mühafizəsindən təbiətin ayrı-ayrı fəlakətlərindən (sel, daşqın, sürüşmə, eroziya) və onlara qarşı mübarizə tədbirlərindən səhralaşmada təətə antropogen təsirlərdən və bir çox amilərdən təcrübəsindən məlumatlar vermişdir.
Torpaqşünaslıq və meliorasiya- Ekologiyanın əsas təbəqələrindən biri olan torpaqşünaslıq elmidir ki, onun da əsasını qoyan H.M.Zərdabi olmuşdur. O hələ V.V.Dkuçayevdən 8 il əvvəl 1875-1876 cı illərdə torpağın əmələ gəlmə prosesinin izah etmişdir. Bu prosesdə o əsasən dörd amilin-ana süxurun, bitki və canlı orqanizmlərin iqlimin və insanın təsərrüfat fəaliyyəti nəticəsində əmələ gəlməsini göstrəmişdir. O 1873-cü-77-ci illərdə təhbərlik etdiyi “Əkinçi qəzetində” və 1899-1903-cü illərdə yazdığı “Torpaq su və hava” əsərlərində torpaqşünaslıq Azərbaycan torpaqları onların münbitliyinin artırılması və su tminatı haqqında məlumatlar vermişdir. O ensklopedik bir alim kimi bioloiya, aqrokimya, baytarlıq, anatomiya, meyvəçilik, coğrafiya, astronomiya, iqtisadiyyat tibb və .s elmlər sahəsində respublikamızda hətta dünya miqyasında tanınmışdır.
Onun torpaqşünaslıq haqqında fikirləri əsasən dağ süxurlarının aşınması prosesində torpaqəmələgətirən amillərin rolundan torpağın fiziki kimyəvi xüsusiyyətlərindən münbitliyindən analizlərində tətqiq edərək yararsız torpaqları yaxşılaşdırmaq üçün müvafiq tədbirlərin görülməsi və mexaniki tərkibi dəyişərək, şoran torpqların meliorasiyası, torpaq eroziyasının qarşısını almaq, meşə meliorasiyası aqrokimya və əkinçiliyə dair fikirləri və torpağn aqroistehsalat keyfiyyətlərinən, növbəli əkin sistemlrindən düzgün şumlamada, gübrələmədən suvarma əkinçiliyi genişləndirmədən və s. ibarət olmuşdur
Azərbaycanda torpaqların sonrakı elmi araşdırmalar haqqında 1869-70ci illərdə Y.U.Kovalevskinin 1840-cı illərdə P.S.Kossorevin 1898-ci illərrdə Dokuçayevin 1911-1914-cü illərdə Komenskini ayr-ayrı fikriləri olmuşdur.
V.V.Dokuçayev Cənubi Qafqazda olarkən zərbaycanın bir sıra yerlərindən keçmiş və Qafqazın o cümlədən bu torpaqlar haqqında bəzi ümumi məlumatlar vermişdir. Mil-Şirvan düzənlərində relyef, şorlaşma və hidroloji şəraitə bağlı torpaqların müxtlifliyini müəyyənləşdirmişlər.
Sonrakı illərdə respublika torpaqlarının münbitliyinin artırılması yeni gübrə növlərinin tətbiqini, torpaqların xəritələşməsinin onların ekoloji vəziyyəti baxımdan öyrənilməsi və bonitetləşməsi işlərində H.Ə. Əliyev, M.E.Salayev, V.R.Volobuyev, C.M.Hüseynov və bir çox alimlərin müxtəlif shələrdə torpaqların ekoloji vəziyyətini öyrənmişlər.
Bitgi örtüyü-Azərbaycanın təbii sərvətlərin öyrənmək məqsədilə 1725-ci ildə Sank-Peterburq Elmlər Akademiyası Qafqaza bir sıra ekspedisiyalar təşkil edərək sərvətləri öyrənməyə başladılar. Cənubi Qafqaza ilk tədqiqatçı 1700-1708 ci ildə meşəçi-botanik Turnefor olmuşdur. 1724-25-ci illərdə Rusiya elmlər Akademiyasına ilk botanikiBuxvbaum Qafqaza səyahət etdi. S.T.Qmelinin başçılıq etdiyi ekspedisiya tərəfindən 1770-1773-cü illərdə Qafqazın florasının öyrənilməsi sahəsində böyük işlər görmüşlər.
XVIII-əsrin sonunda Küldenştat və Pallas Qafqaz reqionu üzrə zəngin floristik materiallar toplamışlar. XX Steven Qafqazın o cümlədən Azərbaycanın bir sıra meşəli rayonlarında 1805-ci ildə Gəncəətrafı meşələrdə olmuşdur. ) 1810 cu ildə Şahdağa, Tufandaqo qalxmış, Şamaxı, Şəki və s. rayonlarda bitgi örtüyünün öyrənmişdir.
1829-1835 ci illərdə K.A.Meyer və F.Qoqenager, Qafqazın bitgiləri, o cümlədən Talış florasının zəngin kolleksiyasın toplanmışdır.
XIX əsrin sonlarında Karl-Kox və onun ekspedisiyası Qafqazın ayrı-ayrı vəziyyətlərində floranın müqayisə etmiş və floristik coğrafi-botaniki rayonlaşdırma üzrə bitgi növlərinin sistematikası və coğrafiya öyrənilməsi ilə yanaşı, Qafqazın bitgi örtüyünü tətbiq etmişlər.
Azərbaycanda bitgi örtüyünün xalq təsərrüfat əhəmiyyəti və .s 1920-ci illərdən sonra, yeni asılmış ali məktəblərində botanika kafedralarına botanikanı, fiziologiyanın öyrənilməsi ilk kolleksiyaların toplanmasına başlandı.
Azərbaycanda bitgi örtüyünün ööyrənilməsi və botanika elminin inkişafı A.A.Qrosheymin xüsisi rolu olmuşdur. 1924-cü ildə 1947-ci ildə Azəebaycaın aparılmış tədqiqat işləri onun rəhbərliyi altına aparılmışdır.
O dövrlərdə yay və qış otlaqlarının tətbiqi olunması böyük rol oynamışdır. Meşələrin növ müxtəlifliyini, Kürqırağı Tuqay, Arazətrafı meşələri düzən palıd meşələri və seyrək sqqız meşələrin tətqiq etmişdir. Eyni zamanda.
1932-ci ildə SSRİ Elmlər Akademiyasının Zaqafqziya filialının Azərbycan şöbəsi açılır. Onun nəzdində A.A.Qrossheymin başçılıq etdiyi botanika bölməsi təşkil olunur. 1936-cı ildə bölmənin tərkibində Nəbatat bağı olan Botanika institutu yaradılır.
1930-cu illərdə A.A.Qrosheym Zaqafqaziyanın ilkin bitgi örtüyünün sxematik xəritəsi 1931-ci ildə isə A.Aqrosheym və Z.İ.Prilipko tərəfindən Azərbaycanın Geobotaniki xəritəsi tərtib olunur.
Azərbaycanın florasının hər bir sahə üzrə öyrənilməsində bir çox alimlərin ekoloji amillərin müxtəlifliyinə görə bitgi areallarında yayılmalarını və formalaşmalarını tətbiq etmişlər, Bunlardan V.İ.Ulyanşev Ş.O.Barxala V.X.Tutayuk. İ.İşKoryaçin. Ü.M. Ağamirov və bir çoxlarını göstərmək olar.