Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Tədbirlər
13 May , 2022
12 may saat 11 tamam Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Şuşa ilinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə şəhid ailələri,qazilər, Azərbaycan Hərb Tarixi Muzeyinin kollektivi,Abşeron Binə Peşə Liseyi,Şuşa şəhər 5 saylı tam orta məktəb və Sumqayıt Regional Mədəniyyət İdarəsi Bülbülcan adına Şuşa şəhər Musiqi Məktəbi,Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Azərbaycan xalqının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Xəzər rayon MKS-nin direktoru əvəzi Esmira Məmmədova tədbir iştirakçılarını salamlayaraq Şuşa ili münasibətilə hamını təbrik edib.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, Əfqanıstan,Birinci və ikinci Vətən müharibəsi iştirakçısı,Qırmızı Ulduz ordenli ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Şuşanın işğaldan azad edilməsi Azərbaycan ordusunun şanlı qələbəsidir məruzəsi ilə çıxış edib.
Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anası Məleykə xanım,Bilal Qəmbərovun anası Gültəkin Qənbərova,şəhid baş leytenant Ceyhun Nəhmətovun atası Etiqad Nəhmətov,şəhid bacısı Həliməxanım Heybətova ətraflı çıxış ediblər.
Daha sonra söz qazilərə verilib.Vətən müharibəsi iştirakçısı,kapitan Mübariz Yarməmmədov,Rəşad Məmişov və Əzizov Nahid keçdikləri döyüş yolundan danışıb.
Milli Azərbaycan Tarixi Muzeyinin innovasiyalar və təhsil proqramları şöbəsinin elmi işçisi Sahibə Ələkbərova " Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində muzeylərin əhəmiyyəti"ətrafında müzakirələr aparıb.
Xəzər rayon MKS-nin fəal oxucusu,aktyor,diksiya akademiyasının natiqlik üzrə mütəxəssisi Turğay Camal şəhid leytenant Teymur Məcidzadə haqqında danışıb və şeir səsləndirib.
Tədbir iki hissədən ibarət olub.
Bədii hissədə Şuşa rayon Təhsil Şöbəsi Şuşa rayon 5 saylı tam orta məktəbin şagirdləri kompozisiya ilə çıxış edib.
Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsi Bülbülcan adına Şuşa şəhər Musiqi Məktəbinin müəllim və şagirdləri
Foto Qalereya