Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Rayon haqqında
2 İyun , 2015

 

ŞÜVƏLAN

 
 

Xəritə

Xəzər rayonu

Xəzər rayonu

Məlumatlar

Əhali

18 400[1] (2013)

Koordinatlar

 

İnzibati İdarə

Ölkə

Azərbaycan

Coğrafi bölgə

Abşeron

Rayon

Xəzər rayonu

Şəhər

Bakı

 

Şüvəlan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə.

 Tarixi

Şüvəlan Bakının ənənəvi 32 kəndindən və Xəzər rayonunun 11 inzibati ərazi bölgüsündən biri. Əhalisi təxminən 5000-ə yaxındır.

Məşhur Mirmöhsüm Ağa ziyarətgahı və vaxtilə Murtuza Muxtarova məxsus, hazırda isə bazasında sanatoriya qurulmuş 24 hektarlıq "Yaşıl park" da Şüvəlanda yerləşir.

Təhsil

Qəsəbədə 7 orta ümumtəhsil məktəb fəalliyyət göstərir. Heydər Əliyev fondunun dəstəyi ilə Şüvəlanda yerləşən bir çox məktəblər yenidən qurulmuşdur.

Şüvəlanda dəniz kənarı çimərliklər üçün olduqca əlverişlidir. Dəniz kənarına yaxın yerlərdə uşaqlar üçün yay düşərgələri də fəaliyyət göstərir. Bu düşərgələrdən biri də Çingiz Mustafayev adına düşərgədir. Eyni zamanda qəsəbədə yenicə açılmış Mədəniyyət sarayındauşaqlar üçün nəzərdə tutulmuş dərnəklər var.

Əhalisi

14992 nəfərdir.

İqtisadiyyat

Şüvəlan iş yerlərinin çox hissəsini ticarət obyektləri təşkil edir. Burada fəaliyyət göstərən çörək zavodları, qənnadı və dondurma fabriki işsizlərin sayının azalmasına təsir göstərir. Şüvəlan çörəyi Xəzər rayonunun bütün qəsəbələrində satılır. Şimal Dres qəsəbəsində yerləşən Alçaq Gərginlikli Buxar Elektrik Stansiyası Bakının əsas enerji mənbələrindəndir. Daha bir istehsalat obyekti Şüvəlan Alüminium Zavodudur.