Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
İdman və sağlamlıq
2 İyun , 2015


Basketbol, ABŞın Massaçuests əyalətində, Sprinqfild Gənc Kişilər Xristian Birliyi (YMCA) Təhsil Məktəbində bədən tərbiyəsi müəllimi olan Jeyms Naismit tərəfindən 1891-də yaradılmışdır. Atlet və beyzbolculara qış məşqləri etdirmək məqsədiylə inkişaf etdirilən bu oyunda məqsəd, taxtadan edilmiş səbətlərə topun soxulması idi. İlk oyunalrda 7 nəfər iki komanda arasında 20 dəqiqəlik üç dövrə üzərindən oynanmışdır. Oyunun əsl hədəfini səbətlər meydana gətirdiyindən, Dr. Naismit tərəfindən bu oyuna "səbət topu" mənasını verən basketbol' adı verilmişdir.

Basketbol, yaradılmasından qısa bir müddət sonra YMCAi aşaraq bütün məktəblərə, universitetlərə və hətta gimnastika salonlarına qədər yayılmışdır. Gənclərdə bu idmana qarşı oyanan istək klubları basketbol şöbələri açıb komanda qurmağa məcbur etmiş və beləcə basketbol, Amerikanın ən məşhur milli oyunu halına gəlmişdir.

Basketbolun Avropadakı ilk sınağı, 1893-cü ildə Parisin Trevis küçəsindəki köhnə bir gimnastika salonunda edilmişdir. Daha sonraları, xüsusilə Birinci dünya müharibəsi əsnasında, basketbolun Avropada yayılmasında amerikalı əsgərlərin böyük təsiri olmuşdur. Sürətlə inkişaf göstərən basketbol beləcə Avropada ən yayılmış idmanlar arasında yerini almışdır. Amerika, 1897-ci ildə kişilər, ardından 1900-cü ildə qadınlar arasında ilk milli basketbol çempionatlarını təşkil edərək, bu idmanı ölkə diametrində məşhur hala gətirmişdir. 

Amerikalılar milli idman olaraq mənimsədikləri basketbolu, 1904 Sent Luiz Olimpiya Oyunlarında klub komanda arasında matçlar təşkil edərək, Olimpiya Oyunlarına qatılan bütün ölkələrə tanıtmışlar. 1905-ci ildə dünyanın ən böyük idman salonlarından Nyu York Madison Skver Qarden, qapılarını basketbola açmışdır.