Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mərkəzi Kitabxanası 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Xəzər rayon MKS-in oxu zalında uşaq oxucuları ilə bərabər bayram tədbiri təşkil etdi.
İlk növbədə uşaqları təbrik etdilər və onlara sağlam gələcək arzuladılar.
Kitabxanaçı C. Babayeva uşaqları bayram münasibətilə təbrik edərək, 1 iyun haqqında məlumat verdi.
Tədbirdə uşaqlar müxtəlif rəqslər etdilər, nağıllardan səhnəciklər göstərdilər, şeirlər səsləndirdilər.
Tədbir zamanı kitabxananın azyaşlı oxucuları Qəhrəmanov Əli Hüseyn oğlu,Haqverdiyeva Leyla Mürvət qızı, Haqverdiyeva Məlahət Zamiq qızı ,Haqverdiyev Fərid Mürvət oğlu , Quliyeva Nurhəyat Rəhman qızı, Quliyeva Ayşən Rəhman qızı şeirlər söylədilər.Tədbir uşaqların sevincinə səbəb oldu.