Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
17 İyun , 2015

18 iyun - Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə ulu öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk "İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunduğu nəzərə alınaraq Azərbaycanda Milli İnsan Hüquqları günü təsis edilib. Müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Bu məqsədlə 16 iyun saat 13:00-da Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında  “Hüquqlarımızı bilək və qoruyaq “adlı söhbət aparıldı.

Söhbət zamanı Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şöbə müdiri Leyla Sadıxova, BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Qafarova Mədinə,Binə Mədəniyyət Mərkəzinin metodisti Zahirə Əliyeva və BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin II kurs tələbəsi Qafarova Leyla çıxış etdilər.

Sonda qeyd edildi:”Hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşədən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüqüna malikdir!.”