Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Rayon haqqında
7 İyul , 2015

 

TÜRKAN
 
 
Xəritə
Xəzər rayonu
Xəzər rayonu
Məlumatlar
Əhali 11 500[1] (2013)
Koordinatlar  
İnzibati İdarə
Ölkə Azərbaycan
Coğrafi bölgə Abşeron
Rayon Xəzər rayonu
Şəhər Bakı
 

Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə.

Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır.

10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsrə bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir.

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən Türkan qəsəbəsinin 11.3 min nəfər əhalisi vardır.

Bu kənddən bir neçə məşhur adam çıxıb. Kənddə çox sayda şair və qəzəlxan yaşayır. Bundan əlavə Azərbaycanın məşhur şairlərindən biri Xəlil Rza Ulutürk ilin yay fəslini bu kənddə yaşayıb. Azərbaycanın məşhur tarzənlərindən olan Zamiq Əliyev Türkan kəndinin nümayəndəsidir. Onun qardaşı Ramiz Əliyev isə Azərbaycan Dövlət Televiziyasının professional rejissorlarındandır. 35 ildir ki, orada çalışır