Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Rayon haqqında
7 İyul , 2015

 

ZİRƏ
 
 
Xəritə
Xəzər rayonu
Xəzər rayonu
Məlumatlar
Əhali 11 700(2013)
Koordinatlar  
İnzibati İdarə
Ölkə Azərbaycan
Coğrafi bölgə Abşeron
Rayon Xəzər rayonu
Şəhər Bakı
 

Zirə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində qəsəbə.

 

"Zirə" toponimi fars mənşəlidir, "çökəklikdə olan yer" deməkdir.

Xəzər Dənizindəki adlardan biri narın qumla örtülmüş Qum adasıdır. Keçmişdə ona "Qum zirə" deyirdilər. "Zirə" ada deməkdir. Bakı ətrafındakı Zirə kəndinin adı da bu sözdən götürülmüşdür.

Bu gün bir çoxlarının "Nargin" və "Vulf" adlandırdıqları adalara əvvəllər "Daş zirə" və "Böyük zirə" deyirdilər. Mənası aydındır: daşlı ada və böyük ada. Daş zirə qayaaltı adadır, Böyük zirə isə Bakı arxipelaqında ən böyük adalardan biri hesab olunur.


Zirə girişi

Bəs bu adalar nə üçün "Vulf" və "Nargin" adlanır? Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar arasında Daş zirəni və Böyük zirəni də görürlər. Lakin bu adalar xəritələrdə göstərilməmişdi. Onların Baltik dənizindəki Vulf və Nargin adalarına oxşarlığını görən dənizçilər xəritədə yeni qeydlər edirlər. O vaxtdan bəri Baltik və Xəzər dənizlərində eyni adlı adalar mövcuddur.

Zirənin Tunc dövrünə aidliyi sübut edilmişdir. Qəsəbədə müxtəlif əsrlərə aid qəbiristanlıq, məscid və s. abidələr var. Maraqlıdır ki, Zirə təkcə Abşeronda deyil, bütün Azərbaycanda qarpızı ilə məşhurdur.

Tarixi çox qədimdir. Daş kitabələr, qədim qəbirlər buna əyani sübutdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə Zirə Mədəniyyət Mərkəzi tikilmiş və 2008-ci il 10 may tarixdə kənd sakinlərinin istifadəsinə verilmişdir.

Bakı şəhərinin böyuk qəsəbələrindən biri olan Zirə qəsəbəsi Xəzər rayonu (keçmiş Əzizbəyov rayonu) ərazisinə daxildir. Xəzər dənizinin kənarında yerləşir.

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Zirə kəndində 166 evdə 426 nəfəri kişilər, 398 nəfəri qadınlar olmaqla 824 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Zirə qəsəbəsinin 11.5 min nəfər əhalisi vardır.

Bir çox tanınmış şəxsiyyətlər, o cümlədən Mirzə Bala Məmmədzadə bu qəsəbənin sakini olub.