Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
22 İyul , 2015

"Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Azərbaycan ərazisində dövlətin formalaşmağa başladığı bir dövrdə, yəni eramızdan əvvəl V-IV əsrlərdən Ağdam ərazisində alban tayfalarından biri olan Qarqarlar məskən salmışdı.Qədim yunan və roma müəlliflərinin əsərlərində qarqarların özünəməxsus dilləri olduğu deyilir. Mənbələrdə göstərilir ki, onların danışığında özünəməxsus boğaz səsləri var idi. Professor Rəşid Göyüşovun araşdırmalarında qeyd olunur ki, Qafqaz Albaniyasının 26 tayfasından biri olan Qarqarlar qisməndə olsa digər tayfa və qəbilələrdən seçilirmiş. Məhz bu dövrdə VII əsrdə yaşamış Alban tarixçisi Moisey Kalankatlı özünün “Avqan tarixi” əsərində göstərirdi ki, Aluen (bəzən Aquen də deyilir) Alban çarlarının yay iqamətgahı idi. Tarixdə məhşur hadisələrdə biri olan Aluen yığıncağı 488-ci il 13 mayda keçirildiyi deyilir.

Rəşid Göyüşov tədqiqatına görə, 1958-ci ildə Alban hökmdarlarının birinin qəbri olan möhtəşəm məbədin qalığı da məhz Ağdam ərazisindəki Sofulu kəndində olan Govurqalada aşkar edilmişdi.

Şəhərin strateji cəhətdən yerləşdiyi ərazi ticarət yolunun üzərində olması burada müxtəlif sənətkarlıq sahələrinin yaranmasına şərait yaratmışdı. Bundan sonra tarixi mənbələrdə Azərbaycanın ərəblər tərəfindən işğalı zamanı xilafət qoşunlarına qarşı ciddi müqavimətin göstərdiyi ərazilərdən biri məhz adıçəkilən regionun olduğu qeyd olunur. Adıçəkilən ərazi islam dinini qəbul edən əraziləndən ən sonuncusu idi.

Şəhərin salınması bəzi mənbələrdə 1741-ci il, bəzən isə 1752-ci il qeyd olunur. Ağdamın, xüsusəndə Qarabağ xanlığının yaranma dövründə çəkisinin artdığı göstərilir. Çar Rusiyasının əsarəti dövründə isə şəhər bilavasitə ticarət mərkəzi kimi inkişaf etməyə başladı. Buna həmdə şəhərin yerləşdiyi coğrafi ərazidə imkan verirdi. İstər yayda, istərsə də qışda tacirlərin şəhərə gəlişində problem yaşanmırdı.Şəhərin strateji cəhətdən yerləşdiyi ərazi ticarət yolunun üzərində olması burada müxtəlif sənətkarlıq sahələrinin yaranmasına şərait yaratmışdı.

1828-ci ildə Ağdama şəhər statusu verilmişdir.

1918-ci ilin oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər. Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət eləmişdir.

1954–1956 illərdə, Ağdamın şərqində Orta Tunc dövrünə aid qəsəbədə qazıntı işləri aparılırdı.

Qarabağ müharibəsi zamanı Ağdam şiddətli qarşıdurmalara səhnə oldu. 1993-cü il 12 iyun tarixində erməni işğalçıları Ağdam üzərinə genişmiqyaslı hücuma keçdi.İyulun 5-dək Ağdam şəhəri faktiki olaraq hər tərəfdən əhatəyə alınmışdı və iyulun 23-dək "Qrad" qurğularından atəşə tutulurdu. Həmin gün Ağdam tam işğal edildi. Şəhər talan edildi və yandırılıb külə döndərildi.Ağdamda yanğınların tüstüsü 20 kilometr məsafədən görünürdü.


 
Qarabağ müharibəsi zamanıAllahverdi Bağırovun əllə çəkilmiş xəritəsi

Qarabağ müharibəsi başlayanda ilk yaradılan batalyonlardan biri “Vətən oğulları” olub.Batalyonuna Allahverdi Bağırov rəhbərlik edib.Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünü müdafiə dəstələrinə yaxından köməklik edib.Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub.

"Human Rights Watch" qərbli diplomatlardan birinin dediklərinə istinad edərək öz hesabatında yazır ki, bütün şəhərin yandırılması qoşunların intizamsız olmasına deyil, erməni rəhbərliyi tərəfindən hərtərəfli götür-qoy edilmiş plan tərtib olunmasına dəlalət edir.BMT Təhlükəsizlik Şurası Ağdam rayonunun işğalından sonra ATƏT-in Minsk qrupunun keçmiş sədri Mario Rafaellinin hesabatı əsasında 853 nömrəli qətnamə qəbul etmiş, bu sənəddə Ağdamın işğalını pisləmiş, işğalçı qoşunları ərazidən çıxarmağa və qaçqınları öz yaşayış yerlərinə qayıtmağa çağırmışdı.

2008-ci ildə "Lonely Planet" jurnalı, Ağdamı “Qafqaz Hiroşiması” adlandırıb. 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı "ruhlar şəhəri" siyahısına salıb.Həmin il, Dağlıq Qarabağ separatçı rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb.

Ağdamın iqlimi əsasən mülayim isti, quraq subtropikdir.Qarabağ atı Ağdamda yayılmışdır. Şəhərdə 1949-ci ildə şəhərdə Ağdam Atçılıq Zavodu fəaliyyat göstərmişdir. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.

Şahbulaq silsiləsi Cənub-Şərqdə Ağdam şəhəri yaxınlığıda kəskin görünür və ÇulluQiyaslıXıdırlı kəndləri yaxınlığında nisbi yüksəkliyi 10-15 metrə çatan qayalı təpələr yaradır.Qarqar çayı zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. çatan gətirmə konusunu yaradır