Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
27 İyul , 2015

 Hər bir xalq özünəməxsus şəkildə yaradır və yaşadır.Salnamələr,daş kitabələr,eposlar,dəriüstü və qayaüstü yazılı abidələr xalqın öz tarixini maddiləşdirmək,yaşatmaq təcrübəsidir.”Hər xalq öz dilində yaşayır” – deyən ustadlar bəlkə də həqiqətə daha yaxın olublar.

Dilmillətinhəyattərzi, mədəniirsidir.Bunuqərinələr,tarixsübutedir.Dilmillətinözünüisbatı, həyattərzi, mədəniirsidir.Dilhərölənləbirgəölməsədə, hərdoğulanlabirgədoğulanəbədiyaşarbirvarlıqdır.

Hərbirmillətinvarlığınınmühümamillərindənbiriolananadiliheçvaxtyaddançıxmayan,unudulmayanqürurmənbəyidir.TarixboyubaşıbəlalarçəkmişAzərbaycanxalqızaman-zamanəzilsə,repressiyalaraməruzqalsada,özanadiliniqoruyubsaxlayabildivətarixinmüəyyəndönəmindəböyükqürurhissiiləsöylədi:

Mənimanadilim-mənimkimliyim,
Pasportum, özüməözhakimliyim.
Mənihəmbabamla, həmdənəvəmlə
Bağlayıbuzanantarixbağımsan.
Dünənim, sabahım, üstəlikhələ
Mənimsözhünərim, sözbayrağımsan.B.Vahabzadə

Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir.Doğma ana dilimiz daş kitabələrdən üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn, Xətayi qılıncından sıyrılıb çıxan dilimiz həzin ana laylası ilə canımıza, qanımıza hopmuşdur. Səfəvilər dövlətinin banilərindən biri, XVI əsrdə vahid Azərbaycan dövlətini quran dahi Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət dili elan edərək demişdir: “Ey türk oğlulları! Babalarımızdan bizə üç şey yadigar qalmışdır: dilimiz, torpağımız, qeyrətimiz. Vətənin bir ovuc torpağını dünyanın var-dövlətinə, dilinin bir sözünü ləl-cəvahiratına dəyişməyin, onları qoruyun və sonrakı nəsillərə çatdırın... Ana dilini dövlət dili elan etdim”.

M.F.Axundzadə,N.Nərimanov,H.B.Zərdabi,N.Nərimanov,Abbasqulu ağa Bakıxanov kimi ziyalılarımız mübarizə aparmış,C.Məmmədquluzadə isə ömrünün sonunadək bu işi davam etdirmişdir.Sənətkarın ədəbi-bədii yaradıcılığında ədəbi dilin saflığına göstərdiyi sayıq münasibət publisistik əsərlərində danışıq dilinə də ünvanlanırdı.Onun naşiri olduğu “Molla Nəsrəddin”jurnalında çap olunan “Dil”,”Əlifba”,”Dərs kitablarımız”,”Ana dili”və bu qəbildən olan bir sıra məqalələri məhz ana dili probleminə həsr olunmuşdur.

Və təsadüfi deyildir ki,o,hələ “Molla Nəsrəddin”jurnalının ilk sayından başlayaraq:

-        "Sizi deyib, gəlmişəm, ey mənim müsəlman qardaşlarım! Mən sizin ilə türkün açıq ana dili ilə       danışıram. Mən onu bilirəm ki, türk dilidanışmaq eyibdir və     şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi...Hərdənbir ana  dilini danışmaqla         keçmişdəki         gözəl günləri yad etməyin nə eybi var?!"-deyə o, yazıçı-publisist kimi öz məramını və mətbu orqan olaraq jurnalın məramını açıq bəyan edirdi.

Ana dilinin bugünkü inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Nahaq demirlər ki, dil söz sərvətinin yaradıcısıdır. Bəlkə də Allahın insana bəxş etdiyi ən qüdrətli, ecazkar nemətlərdən biri dildir və o, təkcə ünsiyyət vasitəsi deyil.
Xalq şairi Səməd Vurğun ana dilini xalqın namusu, tarixi, vicdanı adlandırırdı.
Mənim ana dilim! Bu o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza                 hopmuşdur.
Hər xalqın öz dili var. Bizim də dilimiz Azərbaycan dilidir. Bu dil zaman-zaman inkişaf edib, zənginləşib. Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir. Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır. Azərbaycan dili genealoji təsnifata görə, türk dillərindən biri olub, Ural-Altay dilləri ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Ümummilli lider ana dilini sadəcə öyrənmək deyil, onu sevməyi də tələb edirdi.

Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.

Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.

Dövlət müstəqilliyini qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var: 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Artıq 10 il tamamlanır ki, biz ana dilimizlə bağlı bu qürur doğuracaq günü rəğbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir. Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra islahatlar həyata keçirilib. Hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir. Bu səbəbdən də onu elə sözlə yükləməliyik ki, döyüşlərdən qələbə ilə qayıtsın. Heydər Əliyevin fikridir: "Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur". Bu deyim dilimizin hərtərəfli və zəngin xüsusiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Xalqımızın milli sərvəti sayılan ana dilimizin inkişafına yönələn qərarların qəbulu və həyata keçirilməsi hər birimizdən asılıdır. Bu, həm də bizim vətəndaşlıq borcumuzdur.
Ümummilli liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi və kitabxanalara paylanması məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"kı sərəncamı həm də əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bunun da nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi baş tutdu. Dövlət başçısının sonrakı sərəncamlarında isə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm və uğurlu tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan milli ensiklopediyasının nəşri haqqında"kı sərəncam oldu. Bu sərəncamların nəticəsində qiymətli kitabların çapı mənəvi xəzinəmizin zənginləşməsində mühüm rol oynadı. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".
Bir qədim Çin müdriki yaxşı deyib:”elə bil türk dilini Tanrı özü fikirləşib ki,adamlar üçün asan və gözəl dil örnəyi olsun.Azərbaycan dili dünyanın incə,sadə,aydın,şəffaf,sərrast,plastik,gözəl,sadə dillərindən biridir.Bir azərbaycanlı danışanda elə bir şeirə,həzin musiqiyə qulaq asırsan.

Ana dili!Nə qədər rəfiq,nə qədər ali,hissiyyati-qəlbiyyə oyadan bir kəlmə!Nə qədər möhtərəm,müqəddəs,nə qədər əzəmətli bir qüvvə!Ana dili!Bir dil ki,mehriban bir vücud,öz məhəbbətini,şəfqətinisənə o dildə bəyan edibdir.Bir dil ki,sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib,ruhun ən dərin guşələrində nəqş bağlayıbdır.
Aqillər deyib ki, “xalqın, millətin nəyini əlindən alırsansa al, o yaşayacaqdır. Dilini əlindən alsan, o, milli varlığını itirər, millət kimi yox olar.” Bu, tarixin ortaya qoyduğu bir həqiqətdir. Dil millətin mənəviyyat bayrağı, milli mənlik və qürurudur. Dil yoxdursa, xalq da yoxdur.

Azərbaycan dili xalqımızın milli sərvəti,saflığı,təmizliyi və zənginliyidir.Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

 

Hazırladı:Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin informasiya-resurs şöbəsinin müdiri Nilufər Abdulova