Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Dağlıq Qarabağ münaqişəsi
24 Avqust , 2015

 

Avqustun 23-ü Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında iki rayonun - Cəbrayıl və Füzuli və rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasının 17 il tamam olur.

1993-cü il avqustun ortalarında Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağın cənub istiqamətində başlanan genişmiqyaslı hücumu bir həftə sonra, ayın 23-də Cəbrayıl və Füzuli və rayonlarının böyük hissəsinin, o cümlədən hər iki rayon mərkəzinin işğalı ilə nəticələndi.

Xatırladaq ki, bundan bir ay öncə, iyulun 23-də erməni qüvvələri Dağlıq Qarabağ ətrafında daha bir rayonu – Ağdamı işğal etmişdilər. Ondan öncə isə ermənilər Laçın (18 may 1992) və Kəlbəcəri (2 aprel 1993) işğal edərək Dağlıq Qarabağı faktiki Ermənistana birləşdirmişdilər.

Cəbrayıl və Füzuli və rayonlarının işğalı Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun, Qubadlı və Zəngilanın faktiki mühasirəyə düşməsinə səbəb oldu.

 

Cəbrayıl rayonun ərazisi 1050 kv km, əhalisi təxminən 57 min nəfər idi.

Hazırda rayonun bütün ərazisi (90-dan çox yaşayış məntəqəsi) işğal altındadır.

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq, məhv edilib.

Cəbrayılın işğalı zamanı 246 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

 

Füzuli rayonu da (ərazisi 1386 kv km, əhalisi təxminən 110 min nəfər) bütünlüklə işğal olunsa da, sonradan (dekabr 1993 - yanvar 1994) Azərbaycan Ordusu Arazboyunda yerələşən 10-dək kəndi və Horadiz qəsəbəsini düşməndən azad edə bildi.

Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı.


Füzuli rayonunun ərazisi 1386 kv.km, əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 2 şəhər (Füzuli, Horadiz), 75 kənd və başqa yaşayış məntəqələri var. 

İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri fəaliyyət göstərib.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərib. 

Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunub.