Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
18 Sentyabr , 2015

Üzeyir ƏbdülHüseyn oğlu Hacıbəyov 1885- ci ildə Şuşa yaxınlığında, Ağcabədidə anadan olmuşdur. Atası ədəbiyyat sahəsində, anası isə musiqi sahəsində yüksək mövqe tutmuşlar. Musiqiyə olan həvəsi anasından mənimsəmiş Ü. Hacıbəyov 7 yaşında ikən tarda və kamançada yaxşı çalırdı, muğamat oxuyurdu.
Ü. Hacıbəyov 1897- ci ildə Şuşada olan iki illik rus-tatar məktəbinə daxil olur. Həmin məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra 1899- cu ildə Qori müəllimlər seminariyasına daxil olur. Seminariyada təhsil aldığı müddətdə o, pedaqogika, rus dili, riyaziyyat, təbiət şünaslıq, rəsim və rəsimxətdən nümunəvi sınaq dərsləri aparmışdır. 1904-cü ildə seminariyanı bitirdikdən sonra Bakıya qayıdır və Hadrut kəndində müəllimlik edir.İbtidai siniflərdə dərs deməklə yanaşı o, şagirdlərdən ibarət xor kollekivi təşkil edir. Sonralar o, Bibi- Heybətdə “Səadət” məktəbində Azərbaycan və rus dillərindən, eləcədə nəğmə və hesabdan dərs deməklə məşğul olmuşdur.
1905-ci ildə Ü. Hacıbəyov “Filankəs” ləqəbi ilə “Həqiqət”, “İrşad”, “Tərəqqi” qəzetlərində çıxışlar edir, kiçik məqalə və felyetonlar vasitəsilə “Ordan-burdan” başlığı altında vacib məsələləri oxucuların nəzərinə çatdırırdı.
Ü.Hacıbəyov 1907-ci ildə opera yazmaq qərarına gəlir. Bu dövrə qədər hələ Azərbaycanda opera yazılmamışdır. Onun yaratdığı ilk “Leyli və Məcnun” operası Azərbaycan musiqi mədəniyyəti tarixində ilk opera olmuş və çox böyük müvəffəqiyyət qazanmışdır. Bəstəkər bu opera ilə Azərbaycanda opera sənətinin təməlini qoydu.
Dahi Azərbaycan şairi M.Füzulinin operası əsasında yazılmış bu opera “Nicat” cəmiyyətinin teatr bölməsinin opera artistləri tərəfindən tamaşaya qoymuşdu.