Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Təqvimdə bu gün
30 Sentyabr , 2015

Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul- Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə ona Şeyx Sədrəddin Konyəvi vermişdir.

Mövlana Cəlaləddin Rumi (Rumi adı ona Anadoluya (o vaxtlar Anadolu "Diyari Rum" adlanırdı) yerləşib orada yaşadığı üçün, "Əfəndimiz" mənasına gələn Mövlana isə özünə qarşı duyulan böyük hörmətin əlaməti olaraq verilmişdir) indiki Əfqanıstanın Bəlxşəhərində anadan olmuşdur. Rumi o dövrün İslam mədəniyyəti mərkəzlərindən biri sayılan Bəlx qəsəbəsində müəllimlik edən və Sultan-ül Üləma (alimlər sultanı) ləqəbi ilə tanınan Bəhaəddin Vələdin oğlu idi.

Babası Əhməd Xətibi - nin oğlu Hüseyn Xətibidir. Anası əsil-nəcabətli bir ailəyə mənsub olan Möminə xatun, nənəsi Xarəzmşahlar xanədanından türk şahzadəsi Məlaikəi-Cahan Əmətullah Sultandır.

Bəhaəddin Vələd 1214-1217-ci illər arasında ailəsi ilə birgə Anadoluya köçür. Mövlana bütün ömrünü o vaxt Səlcuqların paytaxtı olan Konya şəhərində keçirir, orada da dəfn edilir. Atası Bəhaəddin Vələdin ölümündən bir il sonra, 1232-ci ildə Konyaya gələn Seyyid Bürhanəddin Mövlananın tərbiyəsi ilə məşğul olmuş və Mövlana doqquz il ona xidmət etmişdir. Rumi 38 yaşında olarkən 60 yaşlı İslam piri, dərviş Şəmsəddin (Şəms) Təbrizi ilə tanış olur. Bu tanışlıq Cəlaləddinin dünyagörüşünə dərin təsir göstərir, onun fikir dünyasını kökündən dəyişdirir. Şəmsə qeyri-adi bir məhəbbətlə bağlanmış Cəlaləddin onu tanrı səviyyəsində ilahiləşdirir. Bir gün Şəms sirli şəkildə qeyb olarkən, Cəlaləddin sarsılmış və müəlliminə olan məhəbbətini, onun itməsindən doğan kədər və həsrətini bədii əsərlərində – məsnəvilərdə, rübai və qəzəllərində ifadə etmişdir. NizamiXaqani kimi türk oğlu olan Rumi şeirlərini fars dilində yazmışdır, türk dilində yalnız bir neçə şeri və farsca-türkcə müxəmməsi qalmışdır.

2007-ci ildə Mövlananın anadan olmasının 800 illiyi YUNESKO tərəfindən Dünya Mövlana İli elan edilmişdir.