Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Təqvimdə bu gün
26 Oktyabr , 2015

Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun müxtəlif yerlərindəbəyliklərin yaranmağa başladığı 13-cü əsrin ortalarındanOsmanlı bəyliyinin yaranmağa başlandığı 14-cü əsrin ilk rübünə qədər Mərkəzi Anadolu hövzəsində dünyaya gəlmiş və yaşamış şair və ərəndir. Yunus Əmrə, Hacı Bəktaş Vəli Dərgahında oldusa da, onu "Bizim Yunus" edən mənəvi yüksəlişini Hacı Bəktaş Vəlinin özünün göndərdiyi Tapdıq Əmrə Dərgahında yaşamış və dərgahda xidmət göstərmişdir.Yunus Əmrə uzun müddət dərgahda odunçuluq fəaliyytilə də məşğul olmuşdur.

Yunusun yaşadığı illər, Anadolunun Monqol axın və yağmaları, daxili müharibə və çəkişmələrlə, siyasi nüfuz zəifliyi, habelə qıtlıq və quraqlıqla pərişan olduğu illərdir. 13-cü əsrin ikinci yarısı, yalnız siyasi çəkişmələrin deyil, müxtəlif məzhəb və inancların, batini və mötəzili nəzərlərin də yayılmağa başladığı vaxtdır. Belə bir şəraitdə, Mövlanə Cəlaləddin Rumi, Hacı Bəktaş Vəli, Ahi Əvran Vəli kimi elm və irfan əhli ilə birlikdə Yunus Əmrə, Allah sevgisi, məhəbbət və gözəl əxlaqla bağlı fikirləri, İslam təsəvvüfü və s. mövzuları mənimsəmişdir.

Yunus Əmrə, "Risalətun-Nushiyyə" adlı məsnəvisinin sonunda belə bir cümlə yazmışdır:"Sözə tarix yeddi yüz yeddi idi, Yunus canı bu yolda fidiidi."

Bu cümləyə əsasən iddia olunur ki, Yunus Əmrə H. 707 (M. 1307/8) tarixlərində həyatda olmuşdur. Adnan Ərzi tərəfindən Bəyazid Dövlət Kitabxanasında tapılm;. 7912 nömrəli əlyazmada belə qeyd edilmişdir:

Bu sənədə əsasən, Yunus Əmrənin H. 720-ci ildə (M. 1320-1) vəfat etdiyi və bu tarixdən 82 il əvvəl H. 648-ci ildə (M. 1240/41) doğulmuş olduğu iddia olunur. 

Qaxın Oncallı kəndindəki Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahında Yunus Əmrəyə aid olduğu iddia edilən məzar

Yunus Əmrənin məzarı olduğu iddia edilən bir çox türbə və məzar vardır: Türkiyədə: Əskişəhər ilinin Mihalıççıq ilçəsinin Sarıköy kəndi (indiki Yunus Əmrə bəldəsi); Qaraman ilindəki Yunus Əmrə məscidinin həyəti; Bursa; Ağsaray ilinin Ortaköy ilçəsinin Rəşadiyə kəndi; Ünyə; Manisanın Kula ilinin Əmrə kəndi; Ərzurum ilinin Dutçu (Dutçu, Tuzcu və ya Düzcü kəndi; Sparta ilinin Gönən və ya Keçiborlu ilçəsi; Afyonkarahisar ilinin Sandıqlı ilçəsi; Sivas yaxınlığında bir yolun üstü, Toqatın Niksar rayonu və Azərbaycanda: Qax rayonunun Oncallı kəndindəki Oğuz qəbiristanlığı.

Səyyah Övliya Çələbinin Səyahətnamə əsərində Qaraman ilə əlaqədar olaraq "Kirişçi Ata Məscidi həyətində Yunus Əmrə Həzrətlərinin məzarı vardır."deyə yazır. Əskişəhərin Sarıköy (indiki Yunus Əmrə) kəndində Yunus Əmrənin türbəsi olduğu iddia edilən sahədəki türbə Türkiyə İstiqlaliyyət Müyaribəsi zamanı yunanlar tərəfindən uçurlsa da, 1948-ci ildə ərazidə yenidən türbə tikilməsi məqsədilə hökumətə müraciət edilmişdir. 1949-cu ildə türbə tikilməsi məqsədi ilə aparılan qazıntılarda, 15 nəfərə aid skeletlər tapılmışdı. Qazıntı aparılan sahədə skeletlərin səthə çox yaxın bir nöqtədə olması, ərazinin qədim bir qəbir yeri olduğu barədə ciddi şübhələr doğurmuşdur. Müəyyən bərpa işlərindən sonra 6 may 1949-cu ildə türbənin açılışı olmuşdur.

Bəzi tədqiqatçılar Yunus Əmrənin şeirlərində bəhs edilən 23 yaşayış məntəqəsi adından 20 dənəsinin hazırda Qaraman rayonu sərhədləri içərisində yerləşən kənd, qəsəbə, abidə adları ilə eyni olmasını Yunus Əmrənin hal-hazırda Qaraman olaraq adlandırılan ilin sərhədləri daxilindəki bölgədə yaşayıb və ölmüş ola biləcəyi iddiasını irəli sürürlər.

İşlədiyi mövzularla Anadoluda inkişaf edən Türk ədəbiyyatının nümayəndələrindən sayılan Yunus Əmrə, yalnız xalq və təkkə poeziyasına deyil, divan şeirinə də təsir etmişdir.Heca və əruz vəznlərində yazdığı şeirlərində məhəbbəti əsas tutmuşdur.Təsəvvüflə, İslam ilə əlaqədar misralarında insanın özü, əşyalarla, Allahla olan münasibətlərini mövzusunda yazmış, ölüm, doğum, həyata bağlılıq, İlahi ədalət, insan sevgisi kimi məsələləri müzakirə etmişdir