Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Haqqımızda
25 Noyabr , 2015

        Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi  Bakı Şəhər İcra Hakimiyyətinin 24 yanvar 2011-ci il tarixli 40№-li sərəncamına və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 27 yanvar 2011-ci il tarixli 04№-li əmrinə əsasən Xəzər rayonunda yerləşən kitabxanaların bazasında yaradılmışdır.

        Mərkəzləşdirilmiş Kitabxana Sistemləri-eyni sistemə aid olan kitabxanaların vahid strukturda könüllü birləşməsidi.

  Xəzər rayon MKS-i özündə 7 filialı və Mərkəzi Kitabxananı birləşdirir

  Mərkəzi kitabxana -M.Müşfiq adına  Binə qəsəbə  kitabxanası

 1. 1 saylı  filial - Mərdəkan Mərkəzi kitabxanası

  2. 2 saylı filial - Pirallahı qəsəbə kütləvi kitabxanası

3. 3 saylı  filial -M.Əzizbəyov adına  Buzovna kütləvi kitabxanası

 4. 4saylı  filial - Zirə qəsəbə kütləvi  kitabxanası

5. 5 saylı filial -Türkan qəsəbə  kütləvi kitabxanası

6. 6 saylı filial -Qala qəsəbə kütləvi  kitabxanası

7. 7  saylı filial -C.Cabbarlı adına Şüvəlan qəsəbə kitabxanası

 

        Xəzər rayonu Binə qəsəbəsində yerləşən kütləvi kitabxana 1958-ci ildən qəsəbə kitabxanası kimi fəaliyyət göstərib. Kitabxanaya maariflənmək istəyən fəhlə, gənclər və yeniyetmələr müraciət etmişlər.Çətinliklərə baxmayaraq kitabxana öz iş prinsiplərinə əsaslanaraq qəsəbə sakinlərinin o cümlədən fəal oxucu kütləsinin diqqətində olub.

      1969-cu ildə böyük şair M.Müşfiqin 60 illik yübileyi keçirilir və bu münasibətlə Binə qəsəbə kütləvi kitabxanasına M.Müşfiqin adı verilir. Bundan sonra kitabxana Müşfiq adına kitabxana kimi fəaliyyət göstərir. O zamandan kitabxana artıq qəsəbə sakinlərinin asudə vaxtlarının keçirilməsinə, maariflənməsinəxidmət göstərmişdir.Kitabxananın oxucuları arasında dram dərnəyinə həvəs göstərənlər də var idi. Belə ki, tanınmış Azərbaycan dramaturqlarının pyesləri səhnələşdirilərək tamaşaçılara təqdim olunmuşdur.

      Bundan başqa kitabxanaya görkəmli şairlərimiz yazıçılarımız da dəvət alıblar.Bu yazıçılardan:

 S.Rüstəmxanlı, N.Həsənzadə, Z.Yaqub, N.Kəsəmənli, Mikayıl Müsfiq tədqiqatçısı G.Hüseynoğlu da kitabxanamızda qonaq qismində iştirak edib, öz ürək sözlərini söyləmişlər.

Şəxsi evdə yerləşən Binə qəsəbə kitabxanası 1993-cü ildə Binə qəsəbə İcra nümayəndəliyinin binasında yerləşdirildi.Bundan sonra kitabxana Binə qəsəbəsindəki orta məktəb şagirdlərini kitabxanaya cəlb edərək maraqlı ədəbi-bədii gecələr sərgi və söhbətlər təşkil etməklə öz işini davam etdirir. Məqsədimiz əsasən məktəblilərə, gənclərə vətənpərvər hissləri aşılamaq, Azərbaycan ədəbiyyatında öz dəsti-xəttini qoymuş əvəzsiz şair və yazıçıların həyat və yaradıcılığını daha dərindən öyrənmək və onları sevdirmək idi. Kitabxana 2010-cu il dekabr 28-nə

qədər bu məkanda öz işini davam etdirdi.

                                                  Metodika - Biblioqrafiya şöbəsi

 

     Xəzər rayon MKS-in Metodika-biblioqrafiya şöbəsi sistemin bölmələrinin fəaliyyətini məzmun,forma və metodik baxımdan əlaqələndirir,kitabxanalarda biblioqrafiya işinin təşkilinə nəzarət edir.İşin yeni üsül və metodlarını öyrənməklə qabaqcıl təcrübəni aşkar edir, kadrların ixtisaslarının artırılması işinin təşkil olunmasına kömək edir. Kütləvi tədbirlərin keçirilməsinə metodik yardım göstərir, müxtəlif mövzularda metodik və biblioqrafik vəsaitlər hazırlayır.Şöbə 2014 cü il ərzində M.F.Axundov adına Milli Kitabxanadan,F.Köçərli adına Respublika Uşaq Kitabxanasından alınan metodiki tövsiyələr və məktublar əsasında öz işini qurmuşdur.

     Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin struktur bölmələrinə-kitabxana-filiallara metodik rəhbərlik etmək məqsədilə metodika və biblioqrafiya şöbələri fəaliyyət göstərir. 
Metodiki rəhbərlik sistemin bütün bölmələrinin fəaliyyətini məzmun, forma, və metodik baxımdan əlaqələndirməkdən ibarətdir. MKS şəraitində metodiki işə aşağıdakılar daxildir: kitabxanaçılara işin yeni üsul və metodlarına yiyələnməyə, qabaqcıl təcrübəni aşkar etməyə, ümumiləşdirməyə, tətbiq etməyə,kadrların ixtisaslarının artırılması, sistemdə kitabxana işinin təşkil olunmasına kömək etmək; rayonun ərazisində yerləşən müxtəlif  idarələrə məxsus kitabxanalara metodiki kömək göstərmək, kitabxanalararası təcrübə mübadiləsini təşkil  etmək. Metodika biblioqrafiya şöbəsi MKS-in oxuculara xidmət edən bütün struktur bölmələri ilə biblioqrafik iş aparır.Metodika və biblioqrafiya şöbəsi kitabxana-filiallarla birlikdə soraq-biblioqrafiya aparatının tərkibini təyin edir, onun təşkil və redaktə olunmasında kitabxana-filiallara köməklik göstərir,biblioqrafik işi əlaqələndirir və ona nəzarət edir.

        Şöbə müdiri tərəfindən MKS-in tərkibinə daxil olan kitabxana filiallara metodiki məktublar  hazırlanıb göndərilir.Tez-tez filiallara gedişlər təşkil olunur.

      Mütaliə oxucunun  hərtərəfli  inkişafına  onun  mədəni səviyyəsinin və  biliyinin  artmasına, söz  ehtiyatının zənginləşməsinə kömək edir,onların fərdi marağını, zövqünü təmin edir.Bu mütaliə  istiqamətləndirildiyi və ona lazimi rəhbərlik edildiyi zaman  daha təsirli olur.Mütaliə ilə  məşğul olan  oxucunun dünyagörüşü genişlənir, onda insanlara, təbiətə, gözəlliyə qarşı hisslər qüvvətlənir, ailə, dost, yoldaş,Vətən haqqında düzgün  təəssürat yaranır,yeni həyata,yeni hiss və duyğulara qədəm qoyur.

      Mütaliə  etmək uşağın  nitqinin yaxşılaşmasına kömək edir,ona müşahidə etməyi və görməyi öyrədir, psixolji olaraq onu məktəbə  hazırlaşdırır, onda  kitaba  və biliyə  məhəbbət yaradır.

       Uşaqlara kiçik yaşlarından kitabı sevmək, kitabxananın əhəmiyyətini anlamaq kimi mühüm bacarıqlar aşılamalıdır.Uşaqlar kitabxanada olarkən kitabların onların həyatında necə müsbət rol oynadığını və daha çox biliklərə malik olduqlarını anlamalıdırlar.

       Uşaq şöbəsinin işçiləri öz işlərinə məsuliyyətlə yanaşırlar.Kitabxanada elmin bütün sahələrinə aid kitabların oxucular tərəfindən oxunmasına diqqət yetirilir.Yeni alınmış kitablardan sərgilər açılır və tövsiyyə siyahıları çıxarılıb oxucuların istifadəsinə verilir. Şöbədə məktəb və uşaq bağçasının uşaqları ilə tədbirlər,müxtəlif səhnəciklər, diskusiyalar, ucadan oxu, nağıl saatları keçirilir və  söhbətlər aparılır.Onların əl işlərindən ibarət sərgilər təşkil olunur, mahnı müsabiqələri, şeir müsabiqələri keçirilir və qaliblərə mükafat verilir. Şöbənin işçiləri vaxtaşırı məktəb və uşaq bağçalarında olurlar. Şöbənin işçiləri çalışırlar ki, azyaşlı uşaqları kitabxanaya cəlb etsinlər. Valideynlərlə və bağça işçiləri ilə söhbətlər aparırlar.Onlara kitabxana haqqında məlumat verirlər çalışırlar ki, uşaqlarda kitaba sevgi və maraq oyatsınlar.

        Uşaq şöbəsinin işçiləri F.B.Köçərli adına Respublika Uşaq kitabxanası ilə əməkdaşlıq edirlər. 2014-cü ildə Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsi F.B.Köçərli adına Respublika Uşaq kitabxanasıdan 175 nüsxə hədiyyə kitab almışdır.Bunlardan 75 diskdir. Uşaq şöbəsinin işçiləri F.Köçərli adına Respublika Uşaq  kitabxanasından daxil olan jurnal və metodiki məktublardan istifadə edirlər.

         Kitabxanada yaradılan daimi sərgilərlə yanaşı yubiliyar şair və yazıçıların kitablarından ibarət sərgilər açılır və onların yubiley günləri qeyd olunur.Uşaq şöbəsinin işçiləri öz üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Kitabxanada uşaq şairlərinə həsr olunmuş tədbirlər keçirilir. Balaca oxucular bu tədbirlərdə böyük həvəslə iştirak edirlər.Bundan başqa Mərkəzi Kitabxanada uşaqlar üçün kitab sərgiləri daimi olaraq sərgilənir.”Nağıllar aləmində”,“Can nənə bir nağıl de”, “Sehrli nağıllar”və s.adda daimi və dəyişən sərgilərimiz vardır.

          Xəzər rayon MKS-in Mərkəzi Kitabxanasında uşaqlar üçün xüsusi güşə düzəldilmişdir.Bu güşədə uşaqlar üçün nağıl saatları keçirilir.

          1-ci sinif şagirdlərinin kitabxanaya yazıldığı gün təntənə ilə qeyd edilir.Bu gün uşaq hafizəsində həmişəlik olaraq xoş bir xatirə kimi həkk olunur.Mərkəzi kitabxana demək olar ki, hər iş gününü məktəb proqramına uyğun olaraq qurur. Kitabxanaçılar oxucu marağını öyrənərək onlara

maraqlandıqları sahələri üzrə sistematik şəkildə kitab tövsiyə edirlər. Bu zaman uşağın psixologiyasını, yaş xüsusiyyətlərini, maraq dairəsini əsas götürürük.

         Kiçik yaşlı məktəblilərə sadə, aydın dillə yazılmış, illüstrasiyalı kitablar verib onların mütaliəyə həvəsini artırırıq. Azyaşlıların mütaliəsində nağıllar, kiçik şeirlər, hekayələr əsas yer tutur.Kitabı oxuduqca, nağıl olunan əhvalatlar uşağın gözləri önündə canlanır.Kiçik yaşlı uşaqlarla sərgi qarşısında söhbət edir,kitablarla yaxından tanış edirik. Çalışırıq ki, onlarda mütaliəyə maraq oyadaq.Uşaqlara kitabı sevməyi öyrədək. Xəzər rayon MKS-nın uşaq şöbəsi milli-mənəvi dəyərlərimizi əsas tutaraq gələcəyin qurucuları olan uşaq oxucularımızın bilik və bacarıqlarının, elmi biliklərə daha  çox yiyələnməsinin təminatçısı olmağa çalışır.

          Mərkəzi Kitabxananın uşaq şöbəsinin fondu --------nüsxədir.Yaxşı olardı ki, gələcəkdə uşaq şöbəsinin fondunun komplektləşdirməsində elektron nəşrlərin alınmasına diqqət  artırılardı.

 

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması  şöbəsi

 

     Mərkəzi Kitabxanada bu şöbə 2012-ci ildən fəaliyyət göstərir.Kitabxanalarda avtomatlaşdırma proseslərinin tətbiqi onların bütün fəaliyyət istiqamətlərini əhatə edir:ədəbiyyatın abunəsi, komplektləşdirilməsi,işlənməsi,katoloqlaşdırılması,xidmət sahələri,,abonement, qiraət zalı, kitabxanalararası abonement, ədəbiyyatın mühafizəsi,nadir nəşrlərin konservasiyası və biblioqrafik fəaliyyətin ən mühüm istiqamətlərindən biri olan biblioqrafik informasiya xidməti fəaliyyəti və s.

    “Avtomatlaşdırma” dedikdə kitabxana-informasiya texnologiyalarında və təcrübəsində kompyuter-proqram təminatının tətbiqi və inkişafı nəzərdə tutulur. Kompyuterləşdirmə avtomatlaşdırmanın bir mərhələsi və ya komponentidir. Bu amil nəzərə alınaraq Mərkəzi Kitabxananın oxu zalında oxucular üçün internetlə təchiz olunmuş kompyuterlər qoyulub. Bu kompyuterlər vasitəsilə oxucularda yeni daxil olmuş ədəbiyyatla tanış olmaq imkanı yaranır.Oxuculara ədəbiyyatın axtarışı üçün rahat şərait yaradılır.

     Sistem inzibatçısı sistemin işini təmin etmək məqsədilə işçilərə göstərişlər verir və icrasına nəzarət edir. Sistemdə baş verən nasazlıqların aradan qaldırılması üçün operativ tədbirlər görür.Kitabxananın elmi-tədqiqat və elmi-metodiki işində iştirak edir.

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi MKS-də kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması işini təşkil edir.Şöbə müdiri mütəmadi olaraq kitabxana rəhbərliyinin kitabxanada həyata keçirilən avtomatlaşdırma prosesi haqqında məlumatlandırır və təkliflər verir.Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi Elektron katoloq və Elektron kitabxananın yaradılması işinin həyata keçirir.Xəzər rayonu MKS-nin Mərkəzi Kitabxanasında Elektron kitabxana olmadığı üçün bu şöbə hələ ki, yuxarıdan sadalanan işləri həyata keçirir.

 

                                                       İnformasiya-resurs şöbəsi

 

      Müasir dövrdə insan informasiya-kommunikasiya mühitində yaşayaraq radio, televiziya, mətbuat, habelə internet qlobal şəbəkəsi kimi informasiya mənbələrindən ötürülən çoxsaylı informasiya ilə əhatə olunub. İnformasiya resurslarının yaradılması, saxlanılması, yenidən işlənilməsi və istifadəçilərə təqdim olunmasını təmin edən müasir kitabxanalar həyatımızın mühüm amili olub.Kitabxanaların informasiyalaşdırılması dedikdə, kitabxana işinə informasiya texnologiyalarının tətbiqi, elektron kataloqların yaradılması , ənənəvi kitabxana proseslərinin avtomatlaşdırılması nəzərdə tutulur. Dövlət Proqramının müddəalarına əsasən kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, cəmiyyətin informasiya təminatının artırılması, eləcə də Azərbaycan kitabxanalarının dünya informasiya məkanına daxil olması ən vacib məsələ kimi qarşıya qoyulmuşdur.

    Xəzər rayon MKS-in informasiya-resurs şöbəsi 2012-ci ildə yaradılmışdır. Bu şöbə  kitabxananın Veb-saytının idarə olunması, şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir.Kitabxanada fəaliyyət göstərən bütün  kompüterlər internetə qoşulmuşdur.Yeni informasiya texnologiyalarını tətbiq edən Mərkəzi Kitabxana öz ənənəvi fondu əsasında elektron  informasiya resurslarını yaratmagı qarşıya məqsəd qoymuşdur. Bununla biz aşağıdakı problemlərı  həll etmiş  olacağıq : imtiyazlı şəkildə dünya informasiya məkanına daxil olmaq,öz infomasiya resurslarımıza bütün Yer kürəsindəki istifadəçilərin sərbəst  müraciətini təmin edərək, dünyanın bütün  informasiya  qurumları  və iri  kitabxanaları ilə operativ informasiya mübadiləsi edərək,informasiya resurslarının  formalaşmasında  məkan  baxımından  təkrarçılığı   və  paralelizmi  aradan  qaldırmaq kitabxana  binasının   qənaətlə   istifadəsini  təmin  etmək və s. İnformasiya-resurs şöbəsi Mərkəzi kitabxananın veb-saytının idarə olunması,Elektron Kitabxananın yaradılması, nəşrlərin elektron formaya çevrilməsi işini həyata keçirir,şəbəkənin antivirus proqramının, lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir.

      Xəzər rayon MKS-in veb-saytı vasitəsilə keçirilən bütün tədbirlər haqqında məlumatlar geniş ictimaiyyətə çatdırılır. Bundan əlavə, çalışırıq ki, ölkəmizdə və dünyada baş verən  bütün yeniliklər, maraqlı hadisələr barəsində izləyicilərlə bölüşək.Eyni zamanda  Xəzər rayon MKS-in fonduna daxil olan yeni ədəbiyyatlar,qəzet və jurnallar haqqında da məlumatlar dərc edirik.

       İl ərzində Xəzər rayon MKS-in saytında əlamətdar tarixi hadisələr,anım günləri,kitab təqdimatları və s.işıqlandırılmışdır.Saytımızda “Doğma torpaq Qarabağ”,”Azərbaycan mənim Vətənimdir”,”Azərbaycanda insan hüququ və azadlıqları”,”Kitabxana-informasiya sahəsi 2008-2013-cü illərdə” kimi xəbər linlkəri mövcuddur. Eləcə də saytımızda Mərkəzi Kitabxanada və filiallarda keçirilən tədbirlər daima işıqlandırılır.

      2014-cü ildə informasiya-resurs şöbəsi tərəfindən baku-art.az saytında “Gənc ailələrin maarifləndirilməsində kitabxanaların rolu”,“Oxucu marağı və oxucu mütailəsinin öyrənilməsinə dair metodiki tövsiyyə”,“İdmanın təbliğində kitabxanaların rolu”,“Vətənpərvərlik hisslərinin aşılamasında kitabxanaların  rolu”adlı metodiki tövsiyələr  işıqlandırılmışdır.