Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
8 Dekabr , 2015

1930-cu ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını skripka üzrə professor A.Amitonun, 1957-ci ildə isə bəstəkarlıq üzrə professor Qara Qarayevin sinfini bitirib. 1973-cü ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adına layıq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 1991-ci ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. Eləcə də 2000-ci ildə «Şöhrət ordeni» ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq «Bellapais» musiqi festivallarında , Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir. 

 

  • "Altılardan biri"
  • "Məmmədəli kurorta gedir" - həmmüəllif N. Məmmədov
  • "Qız görüşə tələsir" - həmmüəllif N. Məmmədov
 
Baletlər

  • BSO üçün 5 simfoniya
  • Türk simfoniyası (6cı simfoniya)
  • Şərq sonatalar silsiləsi: Türk sonatası, İran sonatası, Ərəb sonatası, Azərbaycan sonatası 
  • Skripka və fortepiano üçün 5 konsert
  • Tar və simfonik orkestr üçün 4 konsert
  • Violonçel və simfonik orkestr üçün 2 konsert
  • Klarnet və simfonik orkestr üçün konsert
  • BSO üçün "Hümayun", "Rahab", "Şahnaz", "Dügah" simfonik muğamları
  • çoxlu sayda kamera-instrumental əsərlər, kamera-vokal əsərlər, mahnılar və romanslar.