Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Xəzər rayon MKS
Xəbərlər
11 Dekabr , 2015

Çingiz Aytmatovun atası, Torekul Aytmatov, görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Milliyətcə tatar olan anası Nagima Aytmatova yerli teatrda aktrisa idi. 8 sinif bitirdikdən sonra Çingiz Aytmatov Cambul zootexnikumuna daxil olmuş, həmin təhsil ocağını əla qiymətlərlə bitirmişdi. 1948-1953-cü illərində Aytmatov Bişkəkdəki Kənd Təsərrüfatı universitetində təhsil alıb. 1952-ci ildə dövri mətbuatda onun qırğız dilindəki ilk əsərləri çap olunmağa başladı. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğız SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda çalışıb. Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya söhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

19901994 illərində Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. 2008-ci ilin martınadək Qırğızıstanın FransadaBelçika,Lüksemburq və Niderlanddakı səfiri olub.

2006 ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib.

Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatıQırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, Asiya və Afrika ölkələri ilə Sovet həmrəylik komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssıqqul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi.

10 iyun 2008-ci il tarixində müalicə keçdiyi Almaniyanın Nürnberq şəhərində yerləşən klinikada vəfat edib.

  • Dağlar düşəndə (Son romanı - 2007)
  • Gün var əsrə bərabər - (Qırğız Türkcəsi Кылым карытар бир күн),(Rusça И дольше века длится день, 1980)
  • Fuji-Yama (Восхождение на Фудзияму, Fuji Dağının Təpəsi 1973)
  • Ağ gəmi (Qırğız Türkcəsi, Ак кеме : Ax Keme) (Rusça Белый пароход, 1970)
  • Əlvida, Gülsara! (Прощай, Гульсары, 1966)
  • Dağlar və Steplerden nağıllar (Повести гор и степей, 1963)
  • İlk müəllimim (Первый учитель, 1962)